Rəşad Sadıqov: "Penalti deyək ki, var idi, qırmızı vərəqə çox ağır qərar idi, məncə" - MÜSAHİBƏ

23.11.2017 | 5645 dəfə oxunub

Çempionolar Liqasının qrup mərhələsinin V turunda “Çelsi”ini qəbul edən “Qarabağ”ın kapitanı Rəşad Sadıqov qarşılaşmaan sonra juralistlərin suallarını cavabıandırıb.

- Matç haqqında nə deyə bilərsiz?

- Oyunu iki hissəyə bölmək olar. Qırmızı vərəqəyə qədər və ondan sonra. Həmin epizoda qədər hər şey nəzarətimizdə idi, ancaq bir anda hər şey pozuldu.

- Hakimə həmin vaxt nə dedin?

- Dedim ki, penalti verirsən, heç olmasa, “qırmızı” vermə.

- Razılaşmaq olar həmin qərarla?

- Mən qərarları anlaya bilmirəm. Həm deyirlər ki, penalti verirsənsə, “qırmızı” vermə, həm də deyirlər ki, son ümid folu olduğu üçün "qırmızı" idi. İkimiz də topa getdik, bir az tutub, buraxdım. Penalti deyək ki, var idi, qırmızı vərəqə çox ağır qərar idi, məncə. Qaranın epizodnunda da çox asan penalti verdi. Elə penalti olur? Onda gərək bütün oyun ancaq cərimə zərbəsi olsun.

- Etiraf edirsən ki, “Qarabağ” bəxtsiz komandadı?

- Avrokuboklarda hakimlər bizə qarşı çox sərt mövqe tuturlar. Komanda onsuz da məğlub olur, 10 nəfərlə qalmışıq, ikinci penaltini niyə verirsən ki? Hələ belə ayaqüstə verilən penalti görməmişdim.

- “Roma” ilə oyun haqqında nə düşünürsən?

- Çətin səfər matçı olacaq. Bu gün qələbə qazanmağı çox istəyirdik. Ancaq alınmadı. Səfərdə də sona qədər mübarizə aparacağıq, əlimizdən gələni edəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail