Mahir Mədətov: "Forma dəyişmirəm, çünki anam yığır"

23.11.2017 | 6407 dəfə oxunub

“Qarabağ”ın hücumçusu Mahir Mədətov Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Çelsi”yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 


- Hadisələrin bu cür cərəyan edəcəyini gözləmirdik. Oyuna yaxşı başlamışdıq, amma sonra hər şey dəyişdi.

- Yenə Çempionlar Liqasının oyunu, yenə qırmızı vərəqə. Rəşad fasilədə epizodla bağlı nəsə dedi?

- Penalti epizodu ilə bağlı heç nə deyə bilmərəm. Əgər penalti var idisə də, hakim qırmızı vərəqə göstərməməliydi. Çox ağır qərar oldu.
 
- Bəs ikinci hissədə nə baş verdi? Yorğun idiniz, yoxsa sistem pozuldu?

- “Çelsi” kimi komandaya qarşı oynamaq asan deyil. Ola bilər ki, müəyyən dəqiqədən sonra komandada yorğunluq yarandı.
 
- Qurban Qurbanov birinci penaltidən sonra oyunçuları yanına çağırdı. Bir anlıq düşündük ki, komandanı meydandan çıxarmaq istəyir. Hətta Şehiç də gəlirdi. Həmin vaxt nə dedi sizə?

- Meydanda 10 nəfərlə qaldığımızdan bizə motivasiya verməyə çağırmışdı. Diqqətli olmağımızı tapşırdı. Bizi kənara çağırması sırf bununla bağlı idi 


- Oyundan sonra epizodun təkrarına baxdın? Səncə, penalti var idi?

- Kimi deyir var, kimi deyir yoxdu. Cürbəcür fikirlər səslənir. Mən özüm epizoda baxmamışam.
 

- Bir ara “Çelsi”nin paltardəyişmə otağına yaxınlaşdın…

- Qapıçımız Anton Konibolotski orda idi. Ona yaxınlaşmışdım.
 

- Yəni, forma dəyişdirmək istəmirdin…

- Xeyr, ona görə rəqibin otağına yaxınlaşmamışdım. Formamı dəyişmirəm, çünki evdə anam yığır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail