Qurban Qurbanov Şeonol Günəşlə görüşüb - FOTO

24.11.2017 | 4417 dəfə oxunub

"Bir müsəlman və qardaş komandanın xarüqələr yaratması bütün Azərbaycan xalqını çox sevindirdi".

Stadium.Az xəbər verir ki, bunu "Qarabağ"ın və millimizin baş məşqçisi Qurban Qurbanov "Beşiktaş"ın çalışdırıcısı Şenol Günəşlə görüşündə deyib.

Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Qarabağ" - "Çelsi" matçını stadiondan izləyən türkiyəli mütəxəssis oyundan əvvəl Qurbanovla görüşüb.

Qurbanov söhbət zamanı "Beşiktaş"ın uğuruna sevindiyini və bu komandadan örnək götürdüyünü bildirib: 

"Burda hamı sizin haqqınızda danışır. Həm klub, həm də məşqçi kimi sizdən örnək götürürük və buna davam edəcəyik. Bir türk məşqçinin uğuru bizi qürurlandırır. Sizə təşəkkür edirik. "Beşiktaş"ı qardaş klub seçib onun izi ilə gedəcəyik. Ümid edirik ki, biz də gələcəkdə sizin kimi uğurlar qazanarıq".
 
Şenol Günəş də söhbətində Azərbaycanda "Qarabağ" kimi komandanın olduğundan qürurlandığını qeyd edib: “İnkişaf etməkdə olan futbol ölkəsi üçün böyük uğur əldə etdiniz. Çempionlar Liqasına düşmək səbir tələb edir. Biz də bu yerə səbirlə gəlmişik. Bir türk kimi, qardaş ölkə Azərbaycandan belə komanda çıxdığı üçün qürurluyuq. Əlimizdən gələn qədər hər cür köməyə hazırıq. Planlı və proqramlı çalışaraq, daha yaxşı yerlərə gələcəyinizə əminəm”.
 
Görüş zamanı “Qarabağ” rəhbərliyinin yaxın vaxtlarda İstanbula gedərək, “Beşiktaş”ın bazası və futbolçu heyəti haqqında geniş məlumat alması qərarlaşdırılıb. Həmçinin tərəflər qeyri-adi hadisə baş verməsə, qış fasiləsində yoldaşlıq görüşü keçirmək üçün anlaşıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail