Qurban Qurbanov: "Komndada dəyişlikliklər olacaq" - MÜSAHİBƏ

09.12.2017 | 5219 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının IV turundan təxirə salınmış oyunda səfərdə “Səbail”ə 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çempionatın son oyunu idi. Qalib gəlməyi çox istəyirdik. Çox şükür ki, hər şey bizim tərəfimizdə oldu. Uşaqlar qalib gəlmək üçün əllərindən gələni etdilər. Futbolçuları təbrik edirəm. Texniki səhvlərimiz, top itkilərimiz oldu. Ancaq əsas odu ki, 3 xal qazandıq. Samir Əliyevə gələcək oyunlarda uğurlar arzulayıram".

- Rəşad Sadıqov ilk hissənin ortalarında zədələnsə də, onu ikinci hissədə əvəzlədiz...

- Öncə ciddi bir şey görünmürdü. Lakin ikinci hissədə vəziyyətinin nisbətən pisləşdiyini görüb, əvəzləmək qərarına gəldim.

- Bu gün mövsümboyu az oynamış oyunçulara şans verdiz. Bunu onlara verilmiş son şans kimi dəyərləndirmək olar?

- Komanda Romadan yorğun qayıtmışdı. Bu, birinci dəfə deyildi. Əvvəllər də belə etmişdik.

- Sizcə, yeni oyunçulara ehtiyac var?

- Əvvəlki fikrimdə qalıram. Futbol elə oyundu ki, burda hər şey baş verə bilər. Qışda bir neçə mövqedə dəyişiklik etmək istəyirəm. Danışıq apardığımız oyunçular var.

- Bu o deməkdi ki, bəzi oyunçular göndəriləcək?

- Qışda olmasa belə, yayda dəyişikliklər olacaq.

- Klub prezidenti Tahir Gözəl “Qarabağ”ın gələcəyi ilə bağlı açıqlamasında yerli oyunçulara daha çox şans veriləcəyini, gəncləşdirmə siyasəti aparılacağını dedi. Bu, sizi narahat etmir?

- Düzü, həmin açıqlamanı oxumamışam. Biz həmişə gənclərin heyətə cəlb edilməsinin tərəfində olmuşuq.

- Anton Kanibolotskini komandaya niyə gətirmişdiz?

- Bu sualın cavabı yoxdu. Avropanın ən böyük klublarında da eyni səviyyəli iki qapıçı olur. Çempionat oyunlarına baxsaq, Kanibolotski daha çox oynayıb, nəinki digərləri. Onu komandaya niyə gətirdiyimə gəlincə, komandada eyni səviyyəli başqa qapıçıya da ehtiyac var idi. Avrokuboklarda ikinci qapıçı kimi həmişə Anton Kanibolotski olub, Şahruddin Məhəmmədəliyev yox. Şahruddinə çempionatda daha çox şans verməyim isə ilk növbədə limitlə bağlıdı. Bir də deyirəm ki, bu sualın konkret cavabı yoxdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail