Samir Zərgərov: "... indi də təəssüflənirik, ancaq inanmıram ki... "

10.12.2017 | 4952 dəfə oxunub

Ölkə Kubokunun 1/4 final mərhələsinin ilk oyununda öz meydanında “Kəpəz”lə qarşılaşan “İnter” 2:0 hesablı qələbə qazandı. Stadium.Az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin yarımmüdafiəçisi Samir Zərgərov jurnalistlərə müsahibə verib: 

- Qələbə haqqında nə deyə bilərsən? Bu, sizə növbəti mərhələyə keçmək üçün bəs edəcəkmi?

- Qələbə qazansaq da, arxayınlaşmaq olmaz. Özüm də Gəncə klublarında çıxış etmişəm, hamı bilir ki, Gəncədə səfər oyununa çıxmaq çox çətindi. Orda rahat oynamaq üçün gərək 3:0, 4:0 hesablı qələbə ilə gedəsən. Bu gün 2 qol vura bildik, çalışacağıq ki, orda bu gün birinci hissədə çıxış etdiyimiz kimi oynayaq.

- İkinci hissədə komanda niyə çox hücumlara çıxmadı?

- İlk hissədə hücumda idik, ikinci yarıda isə geri çəkilməli olduq. Bunu komanda ilə birlikdə oyunun təkrarına baxıb analiz edəcəyik.

- Əgər cavab oyununda rəqib 2:0 önə keçsə, yəqin ki, bu gün əldən verdiyiniz epizodlara çox təəssüflənəcəksiniz...

- Əlbəttə, indi də təəssüflənirik, ancaq inanmıram ki, bizim səfərdə heç bir imkanımız olmasın. Orda da fürsət düşəcək və ondan yararlanmağa çalışacağıq.

- Komanda indi bütün gücü ilə oynayır?

- Bizim həmişə öz gücümüzlə oynamışıq. Yaxşı yerlər uğrunda mübarizə aparmışıq. Bu il müəyyən dəyişikliklər oldu, amma gələcəkdə hər şey yaxşı olacaq.

- Məlum söhbətləri unuda bilmisiz?

- Komanda olaraq bir ailə kimiyik. Evimizdən çox burda oluruq. Ailədən də kimsə gedəndə uzun müddət yeri boş görünür, onlara görə narahatam. Arzulayıram ki, cəzalarını aşağı salsınlar. Onların belə hərəkət etdiklərini eşidəndə şoka düşmüşdüm. İnanmıram ki, belə iş görsünlər. Danışmışıq, əlaqə saxlamışıq.

- Ümid yeri var onlar üçün?

- Ümid həmişə sonda ölür. Gözləmək lazımdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail