Rəşad Sadıqov millinin toplanışın dəyərləndirib

14.01.2018 | 4647 dəfə oxunub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Sadıqov Antalyada təlim-məşq toplanışında rəhbərliyi altında ilk hazırlığa bəzi futbolçuların qatıla bilməməsinin səbəblərini açıqlayıb.

Stadium.Az xəbər verir ki, Rəşas xüsusi ilə ölkə xaricində çıxış edən futbolçularımızla bağlı belə vəziyyət yarandığını bildirib:

“Hazırda milli komandalar üçün rəsmi pəncərə olmadığına görə futbolçuların cəlb olunmasında çətinlik çəkirik. Məhz bu üzdən Budaq Nəsirov, Barış Ekincier və Fərid Nəbiyevi Antalyla toplanışına cəlb edə bilmədik. Özancan Kökcünun yeni transfer olunduğu “Valveyk” rəhbərliyi isə heyət açıqlanmazdan əvvəl futbolçunu milliyə buraxacaqları ilə bağlı razılıq vermişdilər. Ancaq dünənki oyundan sonra hollandiyalılar Özancanı milliyə buraxmayacaqlarını dedilər. Murad Xaçayevlə də bağlı problemimiz yaranıb. “Şaxtyor” toplanışın əvvəlindən Muradı buraxacağı haqda razılıq vermişdi. Ancaq sonradan onlar da fikirlərini dəyişdilər və Xaçayevi milliyə yanvarın 17-də göndərəcəklərini bildirdilər. Ümid edirik ki, fikirlərini bir daha dəyişməyəcəklər. 

Budağın ən azı bir oyunda iştirak etməsini istəyirik. “Sportinq”in yanvarın 20-də və 28-də çempionat oyunu var. Razılıq versələr ayın 23-də Gürcüstanla keçirəcəyimiz qarşılaşmada Budağın da oynamasını istəyirik".

U-21 yığmamız yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunları keçirəcək. Hər 3 qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Yanvarın 16-da isə millimizin rəqibi Türkiyənin “Alanyaspor” klubunun U-21 komandası olacaq. Bu matçın start fiti 17:00-da veriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail