"Rəqib də elə komanda idi ki"

17.01.2018 | 4174 dəfə oxunub

"Bu oyun bizim üçün çox faydalı alındı. Toplanışın yorğunluğu bu qarşılaşmada futbolçularda hiss olunurdu".

Stadium.Az xəbər verir ki, bu sözləri İsveçrənin “Sürix” klubu ilə yoxlama oyunundan sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib. Klubun rəsmi saytına danışan ukraynalı mütəxəssis qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb:

“Rəqib də elə komanda idi ki, bizim yaxşı məşq etməyimizə səbəb oldu. Keçirdiyimiz görüş hazırlıq proqramımızda faydalı bir məşq idi. İki il öncə 4:0 hesabı ilə qalib gəlib, indi uduzmağımız isə heç nə demir. Həmin görüşü artıq unutmuşuq”.

Qriqorçuk təlim-məşq toplanışının başa çatan ilk mərhələsini də dəyərləndirib: “Qazaxıstan təmsilçisi “Atırau” ilə yoxlama oyununda ikinci heyətə güvənib, əsasən gənclərə şans verməyi planlaşdırırdıq. Matçın keçirilməməsi onlar barədə məlumat ala bilməməyimizlə nəticələndi. Lakin ümumilikdə isə toplanışın bu hissəsi yaxşı, hətta çox yaxş keçdi. Hava şəraiti də bizə mane olmadı. Çox yaxşı çalışdıq”.

Qeyd edək ki, “Qəbələ” bu gün Antalyadakı ikinci yoxlama oyununda “Sürix”ə 0:1 hesabı ilə uduzub. “Qırmızı-qaralar” ilk matçda isə “Akhisarspor”la 1:1 hesablı heç-heçəyə razılaşmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail