"Bütün oyunlarda mümkün hər şeyi etmək arzusu sizi normal həyatdan məhrum edir" - MÜSAHİBƏ

17.01.2018 | 4948 dəfə oxunub

"Qarabağ"ın albaniyalı futbolçusu Ansi Aqollinin ölkəsinin mətbuatına müsahibəsini təqdim edirik:

- Yeni mövsüm, köhnə “Qarabağ” və köhnə Ansi. Yenə ölkə çempionatında lidersiniz. Hər halda narazı olmazsınız.

- Artıq neçə ildir ki, “Qarabağ” inkişaf edir. Dayanmadan işləməyin sayəsində addım-addım irəliləyirik. Komandamızın əsas devizi intizam və peşəkarlıqdır. Məqsədə çatmaq üçün hər gün fikrimizi cəmləməli, tər tökməliyik. Bütün bunlara əməl etdikdə nəticə özünü çox gözlətmir.

- Azərbaycan Premyer Liqasında yaranmış iki aylıq fasilə sizi arxayınlaşdıra bilər?

- Şübhəsiz ki, istirahət çox vacibdir. Dincəlmək üçün kifayət qədər vaxtım oldu. Bütün oyunlarda mümkün hər şeyi etmək arzusu sizi normal həyatdan məhrum edir və bütün diqqətinizi futbola yönəldirsiniz. Yüklənmədən sonra orqanizmə bərpa üçün vaxt vermək lazımdır. Çünki növbəti oyunda da eyni səviyyədə çıxış etmək lazımdır. Sıx qrafikli mövsüm ərzində rejimə əmək etmək vacibdir.

- Komandan  hazırlığını Antalyada davam etdirir. Türkiyədə toplanışda olan albaniyalı futbolçulardan kimlərlə rastlaşmısınız?

- “Teuta” klubu qaldığımız oteldə məskunlaşıb. Şadam ki, Albaniya çempionatının əksər təmsilçiləri Antalyada toplanış keçirlər. Bu isə Superliqanın qalan hissəsinə müsbət təsirini göstərəcək.

- Albaniya çempionatının əvvəlki və hazırkı durumu arasında nə kimi fərq var? Futbolda doğru yoldayıq?

- Təxminən 13 ildir ki, əsas yığmanın formasını geyinirəm. Bundan əvvəl isə U-19 və U-21-də çıxış etmişəm. Bu illərdə millinin bir parçası olmuşam. Albaniya futbolunda böyük sıçrayış hiss etdim. Yaxşı nəticələr təsadüfən gəlmədi. İndi əcnəbilər yığmamıza və çempionatımıza fərqli yanaşırlar. Albaniya futbolu haqda xoş sözlər eşidəndə fəxr hissi keçirirəm. Bu, futbolumuzun düzgün yolda olduğunu göstərir.

- Karyeranızı bitirdikdən sonra məşqçi olmağı planlaşdırırsız, yoxsa özünüzü başqa rolda görürsüz? Albaniya Futbol Federasiyasında çalışmaq təklifi alsanız, qəbul edərsiniz?

- Hələ “Qarabağ”la müqaviləm var. Bütün diqqətimi komandama kömək etməyə yönəltmişəm. Həm Azərbaycan çempionatı, həm də Avropadakı hədəflərimizi nəzərdə tuturam. Gələcəkdə nə işlə məşğul olacağımla bağlı vaxtı çatanda rahat şəkildə qərar verə biləcəm. Təbii ki, yenə futbolun içində olacam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail