"Qarabağ" Cənubi Afrikalı hücumçu ilə razılığa gəlib

18.01.2018 | 4841 dəfə oxunub

Dino Ndlovunu Çinin "Xançjou Qrintaun" klubuna satan "Qarabağ" Cənubi afrikalı hücumçunun boşluğunu Zimbab millisiinin oyunçusu Xama Billiatla doldurmağa çalışır.

Stadium.Az xəbər verir ki, Ağdam klubu artıq 27 yaşlı forvarda rəsmi təklif göndərib. "Qarabağ" hazırda qarşı tərəfdən cavab gözləyir.

"Sowetanlive.co.za" saytının iddiasına görə isə Azərbaycan klubunun təklifi Billiatı razı salıb. Təcrübəli futbolçu yaxın günlərdə öz fikrini açıqlayacaq.

Həmçinin Billiatın çıxış etdiyi "Mamelodi Sandaunz" klubunun prezidenti Patrise Motsepe də hücumçunun komandadan ayrılacağını təsdiqləyib:

"Futbolçularımıza yaxşı təkliflər gəlirsə, deməli, işləyirik. İki aparıcı oyunçumuzun yanvarın sonlarında komandadan ayrılacağı bizi narahat etmir. Çünki heyətimizdə onları əvəz edə biləcək kifayət qədər futbolçu var".

Billiatın hazırkı klubu ilə yarım illik müqaviləsi var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail