“Qarabağ” Quardiolanın “Barselona”sı kimi oynayır”

19.01.2018 | 5053 dəfə oxunub

“Qarabağ” Antalyada təlim-məşq toplanışı çərçivəsində ilk oyununu keçirib. Stadium.Az xəbər verir ki, Rusiyanın “Kuban” klubuyla qarşılaşan Qurban Qurbanovun yetirmələri matçdan 2:2 hesablı heç-heçə ilə ayrılıb.

Oyunda komandasının hər iki qoluna imza atan “Kuban”ın futbolçusu Nikita Malyarov qarşılaşmadan sonra klubun saytına açıqlama verib. 29 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin ünvanına xoş sözlər deyib:

“Rəqib yaxşı komanda idi. Onlar Çempionlar Liqasında çıxış ediblər. “Roma”, “Chelsea”, “Atletico” kimi komandaların yer aldığı qrupda 2 xal toplayıblar. Maraqlı oyun tərzləri var. Bizim üçün bu komanda ilə oynamaq çətin idi. Xüsusilə, ilk hissədə. Xosep Qvardiolanın “Barcelona”sı kimi tiki-taka futbolu oynayırdılar. Onlarla qarşılaşmaq xoş idi. Nəticəni qənaətbəxş hesab edirəm. Oyunda iki qol vurdum. Birini penaltidən, digərini isə cərimə zərbəsindən. Şübhəsiz, qol vurmağımda komanda yoldaşlarımın da böyük rolu oldu. Qalib gəlmək istəyirdik, ancaq alınmadı. Bu, bizim Antalyada ilk oyunumuz idi. Cəmi 6 gündü burdayıq və ilk oyunumuzu bu cür güclü rəqibə qarşı keçirmək çətin idi. Ancaq komanda yaxşı təsir bağışladı. Hər şey daha yaxşı olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail