Ruslan Abışovdan ateist söhbətinə reaksiya

19.01.2018 | 5330 dəfə oxunub

"Neftçi"nin kapitanı Ruslan Abışov sabiq komanda yoldaşı Pavel Dreksanın onunla bağlı verdiyi açıqlamaya münasibət bildirib.

Stadium.Az xəbər verir ki, o, açıqlamasında çexiyalı futbolçunun ateist olduğunu bilən axşam Ruslanın onunla danışmaması ilə bağlı söylədiyi fikir haqda bunları deyib:

"Bu barədə çox danışmaq istəmirəm. Futbola aid olmayan mövzudur. Paveli mədəni və yaxşı insan kimi tanıyıram. İnanmıram, elə söz desin. Ola bilsin, Çexiya mətbuatı onun sözlərini təhrif edib.

Tanıyanlar bilir ki, insanlara dini baxışlarına, milliyətinə və ya irqinə görə qiymət vermirəm, tolerant adamam. Dreksayla aramızda heç vaxt narazılıq, inciklik və təbii ki, belə söhbət olmayıb. Əksinə, həmişə əla münasibətimiz olub. O, çox yaxşı insan və futbolçudur. Ona karyerasında və şəxsi həyatında uğurlar arzulayıram".

Dreksa Abışovun qatı dindar olduğunu, daim dua etdiyini də söyləyib. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail