Zimbabve millisinin baş məşqçisi Xama Billiatın "Qarabağ"a keçmək ehtimalından danışıb

19.01.2018 | 6903 dəfə oxunub

Dino Ndlovunu Çinin I Divizionunda çıxış edən "Hançjou Qrintaun" klubuna satan "Qarabağ" hücumdakı boşluğu doldurmaq üçün Cənubi Afrika Respublikasının "Mamelodi Sandaunz" klubunun forvardı Xama Billiata təklif göndərib.

Stadium.Az xəbər verir ki, bu transfer iddiası Billiatın vətəni - Zimbabve mətbuatını zəbt edib.

Bu məsələ ilə bağlı Zimbabve yığmasının baş məşqçisi Sandey Çindzambva da açıqlama verib. O, Xamanın karyerasını Avropada davam etdirməyinin həm özünə, həm də yığmaya faydalı olacağını deyib:

"Xama Billiat millinin əsas simalarındandır. Avropaya getsə, yığmaya daha çox xeyri dəyər. Seçim etmək hər kəsin özünə məxsusdur. Ancaq Billiat Avropada daha çox inkişafa nail olar, nəinki Sudanda. Avropada futbol tam başqadır. Billiat təcrübəsini orada daha da artıra bilər. Məncə, Avropadan ona ciddi maraq varsa, getmək barədə düşünməlidir".

Billiatın klubu ilə müqaviləsi yayda başa çatacaq. CAR mətbuatının iddiasına görə, "Mamelodi Sandaunz" "Qarabağ"ın Xama üçün göndərdiyi təklifə müsbət cavab verib. Futbolçu da razılaşsa, transfer reallaşacaq.27 yaşlı oyunçu universallığı ilə seçilir. O, hücumun cinahlarında və mərkəzində oynayır. Bununla yanaşı, Xamanın hər iki ayağı işləkdir.

Xama Billiat 2013-cü ildən "Mamelodi Sandaunz"da çıxış edir. O, 2011-ci ildən Zimbabve millisinə dəvət alır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail