"Qarşımıza qalib gəlmək vəzifəsi qoymamışdıq"

20.01.2018 | 4379 dəfə oxunub

"Rəqibimiz yaxşı komanda idi. Hamısı hündürboy futbolçulardır. Əks-hücumlarda təhlükəli olurlar".

Stadium.Az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Yuri Maksimov "Zirə" ilə yoxama oyunundan sonra deyib.

Ukraynalı mütəxəssis 2:1 hesablı qələbəni belə şərh edib: "Biz görüşə öz məqsədimiz üçün çıxmışdıq. Qarşımıza qalib gəlmək vəzifəsi qoymamışdıq. Əsas məqsəd futbolçuların necə oynaması və hansı mövqedə özlərini necə göstərmələridir. Onların güclü tərəflərini görmək istəyirdik. Yoxlama matçında qələbə önəmli deyil. Yaxşı olardı ki, çempionatda qalib gələk".

Rauf Əliyevin transferi məsələsi ilə bağlı sualı cavablandırmaq istəməyən Maksimov mövsümün sonuna qədər komandanı hazır vəziyyətə gətirməyə çalışdığını bildirib: "Yoxlama görüşlərində də vəzifəmiz qalib gəlmək olmur. Öz oyunlarımıza hazırlaşmaq istəyirik".

Y.Maksimov komandada çatışmazlıqlar olan mövqeləri açıqlayıb: "Mərkəz və dayaq yarımmüdafiəçisi mövqeyində axsama var. Futbolçular təkcə top almağı yox, həm də hücumları başlamağı bacarmalıdırlar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail