Ayxan Abbasov: "Adi standart vəziyyətlərdə necə oynamaq lazım olduğunu başa düşmürlər"

20.01.2018 | 5584 dəfə oxunub

“Bu gün biz futbolçulardan nəticə tələb etmirdik. Çünki yükləmələr gedir. Toplanışın birinci mərhələsinin son günü idi. Əsas məqsədimiz futbolçuların meydandakı hərəkətini görmək idi”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Keşlə” ilə yoxlama oyunundan sonra açıqlamasında “Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib. Gənc mütəxəssis komandasının 1:2 hesabı ilə məğlub olduğu görüş haqda fikirlərini açıqlayıb:

“Komandanın durumu məni qane etdi. Düzdür, uduzmaq istəməzdik. Hər oyuna məğlub olmamaq üçün çıxırıq. Əsas odur ki, çatışmazlıqlarımızı gördük”.

İkinci hissədə gənclərə şans verən Abbasov onların çıxışını da dəyərləndirib:

“İkinci hissədə gənc futbolçulara şans vermişdik. Görürsünüz ki, hələ gəncdirlər, özlərini doğrulda bilmirlər. Adi standart vəziyyətlərdə necə oynamaq lazım olduğunu başa düşmürlər. İşləmək lazımdır. Premyer Liqada oynamaq istəyirlərsə, artırmalıdırlar”.

Baş məşqçi komandaya yeni futbolçular gələcəyini də istisna etməyib: “Axtarışlarımız davam edir. Çalışacağıq ki, yeni futbolçular olsun. Əsas məqsədimiz yarımmüdafiə xəttinə futbolçu almaqdır. Namizədlər var, danışıqlar gedir. Çalışacağıq ki, həll edək. Birbaşa müqaviləyə gələcəklər. Amma ad çəkə bilməyəcəm. Onların da öz klubları ilə müqavilələri var. Ola bilər ki, alınmaz, razılaşmarıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail