"Bu gün də yaxşı idi, amma o artıq qocalıb”

21.01.2018 | 4552 dəfə oxunub

Polşa mətbuatı dünən "Qarabağ"la "Lexiya" arasında keçirilən yoxlama oyunundan yazıb.

Stadium.Az xəbər verir ki, “przegladsportowy.pl” saytı matçın gedişində baş verən maraqlı hadisələrə yer verib. Əvvəlcə 2 komandanı müqayisə edən polşalı həmkarlarımız bütün çətinliklərə baxmayaraq, “Lexiya”nın Çempionlar Liqasının iştirakçısı ilə oyunda uduzmamasını yüksək qiymətləndiriblər. Daha sonra isə polşalı futbolçu Slavomir Peşkonun qırmızı vərəqə aldığı epizodu şərh ediblər:

“Oyunun başa çatmasına 10 dəqiqə qalmış Sebastyan Miladan ötürməni qəbul edən Slavomir Peşkonın zərbəsini qarşısını rəqib müdafiəçi aldı. Top meydanı tərk etdikdən sonra Peşko onun ayağına vurdu. Çox keçməmiş “Qarabağ”ın bir neçə üzvü futbolçunu mühasirəyə aldı. Hətta rəqib futbolçulardan biri Peşkoya qışqıraraq “Niyə belə edirsən?” dedi. Hakim də polşalıya qırmızı vərəqə göstərdi”.

Polşalı jurnalistlər vaxtı ilə ölkələrində çıxış etmiş, hazırda "Qarabağ"da oynayan Dani Kintana, Donald Gerye və Yakub Jezniçakı xüsusi vurğulayıblar:

“Dani oyundan öncə zarafatından qalmadı. İspan futbolçu “Lexiya”nın atributunu tribunada oturan futbolçulara vermək üçün onlara tərəf qaçdı və gülərək “Siz buna görə mənə pul ödəməlisiniz” dedi. Yakub Jezniçak müdafiənin mərkəzində çox yaxşı oynadı. Hiss olunur ki, komandanın əsas üzvlərindən biridir. Hətta epizodların birində topa vacib müdaxiləsindən sonra komanda yoldaşları “Bravo, maestro” deyə onu təriflədi.

Gerye ikinci hissədə meydanı tərk etdi. O, oyunun sonuna bir neçə dəqiqə qalmış komanda yoldaşlarına Sebastian Milanı göstərib dedi: “Bu insanı görürsünüz? Mən Polşada oynayanda o ulduz idi. Meydanda istədiyini edirdi. Bu gün də yaxşı idi, amma o artıq qocalıb”.

“Lexiya” – “Qarabağ” oyunu 1:1 hesabı ilə başa çatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail