Samir Abbasov: "Futbolçularımız böyümək istəyirlərsə, psixologiyalarını dəyişməlidilər"

10.02.2018 | 3327 dəfə oxunub

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov ölkə çempionatının XV turunda "Zirə"ylə səfər oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


- “Zirə” ilə Antalyada eyni oteldə qalırdıq. Amma 3-4 yeni oyunçu götürdüklərini Bakıya döndükdən sonra bildik. Tanımadığımız futbolçulara qarşı oynamaq işimizi çətinləşdirirdi.

Oyuna yaxşı başladıq. 1 xala görə şükürlər olsun. Sonda 1:2, 1:3 hesabı ilə uduza da bilərdik. İkinci hissədəki kimi oynamağa davam etsək, ancaq 7-8-ci yerləri tuta bilərik. Halbuki fiziki cəhətdən komandamızda hər şey qaydasındadı. Əfsuslar olsun ki, komandamda 3-4 nəfər var ki, bu gün oyunun tez başa çatmasını arzulayırdılar. Futbolçularımız böyümək istəyirlərsə, psixologiyalarını dəyişməlidilər.

- Demək olar ki, 3 əvəzetmənin heç biri özünü doğrultmadı?

- Təkcə Nicatı azca qeyd etmək olar. O, əvvəlki klublarında həmişə ehtiyatda qalıb. İndi özünü göstərməlidi. Meydana çıxandan sonra futbolçu 10 dəqiqəyə yorulursa, deməli, oynamağa layiq deyil.

- Meydanda maraqlı mübarizə getsə də, sanki Fərhad Vəliyev tempə uyğun gəlmirdi...

- Birinci hissədə komandamdan razı qaldım. İkinci yarıda “Zirə” tam üstün oynadı. Komandamızda demək olar ki, dəyişiklik yoxdu. Antalyadakı oyunlarımız, məşqimiz də tempi aşağı salmamağa hesablanmışdı.

- Oyun ərzində Əliyar Ağayevə etiraz edirdiniz. Onun idarəçiliyindən narazı qaldız?

- İndi bu suala “hə” desəm, mənə cərimə düşəcək? Elədisə, narazı deyiləm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail