"Dino özü "Qarabağ"da olanda hamı bizi 1 il tənqid edib ki..."

10.02.2018 | 3154 dəfə oxunub

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Qəbələ" ilə oyundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Oyun haqda nə deyə bilərsiz?

- Sözün düzü, oyunumuz gözlədiyimdən yaxşı alındı. Yenə maraqlı oldu. Bu görüş derbidi. Çünki çempionluğa oynayan iki komanda qarşılaşırdı. Məğlub olmamaq çox vacib idi. Qələbə qazanmaq istəyirdik. Amma bu qədər qol imkanlarından istifadə edə bilmirsənsə, heç-heçə də pis nəticə deyil.

- Komanda sanki irəlidə "dişsiz" idi. "Qarabağ"dan ayrılan Dino Ndlovunun yeri görünürdü...

- Qəti razılaşmıram. Bu komanda heç vaxt şəxslər üzərində qurulmayıb. Dino özü "Qarabağ"da olanda hamı bizi 1 il tənqid edib ki, forvarda ehtiyacımız var.

- Necə düşünürsüz, yenə hücumçuya ehtiyac varmı?

- Xeyr, yoxdu. O vaxt da belə demişdik, bu gün də belə deyirik. Sabah Mahir Mədətov, Pedro Enrike də getsə, yenə 11 nəfər çıxıb, öz oyununu göstərəcək. Yenə deyirəm, bu komanda fərdlər üzərində qurulmayıb. "Qarabağ"dan vaxtilə Reynaldo və başqa futbolçular gedib. Amma komanda yenə öz stabilliyini qoruyub saxlayıb. Bu gün Mahir də, Pedro da çox yaxşı futbol oynadı. Danini də qeyd etməliyəm. Onların əziyyətini yerə vurmaq olmaz. Dediyiniz fikirlə qəti razılaşmıram. Matçlar olub ki, Dino da çoxlu qol şansından istifadə edə bilməyib. Sadəcə, bu gün "Qəbələ"nin qapıçısı Dmitri Bezotosnı çox yaxşı oynadı. O, keçilməz idi. Elə toplar çıxartdı ki... Ümumilikdə komandamızın bu qədər yaxşı oynayacağını gözləmirdim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail