Cavid Hüseynov: "Bizim üçün ən pis, maraqsız oyun keçdi" - MÜSAHİBƏ

11.02.2018 | 2995 dəfə oxunub

"Qəbələ"nin kapitanı Cavid Hüseynov "Qarabağ"la səfərdə 0:0 hesablı heç-heçə etdikləri Premyer Liqanın 15-ci tur matçından sonra jurnlistlərin suallarını cavablandırıb: 

- Oyun çətin alındı. Açığı, belə olacağını gözləyirdik. Hiss etdinizsə, sanki komandamızda istək çatmırdı. Rəqib isə hər tərəfdən hücumlar edirdi. Düşünürəm ki, bu gün çox yaxşı oyun sərgilədilər.

- Komandanız yoxlama oyunlarında daha istəkli görünürdü...
- Mən də onu deyirəm. Özüm də belə oyun gözləmirdim. Komandada istək çox aşağı səviyyədə idi. Bəlkə də bizim üçün ən pis, maraqsız oyun keçdi. Halbuki, "Qarabağ"la qarşılaşmalarımız həmişə gərgin alınıb.

- Bu, rəqibdən irəli gələ bilər?
- Düşünmürəm. Bu, özümüzdən irəli gəldi.

- Turnir cədvəlində ikinci yerlə barışmısınız?
- Xeyr. Bu gün udsaydıq, birinci yerə şansımız daha çox idi. Bunu da gözəl anlayırdıq. Sadəcə, istəksiz görünürdük.

- Həftə boyunca soyuqdəymən var idi. Bu, oyuna hazırlıq səviyyənə təsir göstərmədi?
- Bir həftə boyunca yataqdan ayağa qalxa bilmədim. Temperaturum düşmürdü. Yalnız son iki məşqə çıxa bildim. Oyunqabağı olduğundan, bunlar yüngül məşqlər idi. Əlbəttə, matça heç 50 faiz hazır deyildim. Lakin bu qarşılaşmada meydanda olmaq istəyirdim. Çünki "Qarabağ"la görüş bizim üçün vacib idi.

- Səncə, heç-heçə daha çox kimə sərfəli oldu: 6 xal irəlidə olan "Qarabağ"a, yoxsa səfərdə oynadığı üçün "Qəbələ"yə?
- Oyunun gedişinə baxdıqda, əlbəttə, bizə. Açıq etiraf edirəm.

- Səncə, "Qəbələ"nin mərkəz hücumçusuna ehtiyacı var?
- Əlbəttə. Bunu təlim-məşq toplanışı dövründən deyirik. Amma nədənsə, gəlib çıxmır.

- Qarşıda daha bir çətin oyununuz var...
- Bəli, evdə "Zirə"ni qəbul edəcəyik. Növbəti oyunadək komandamız dəyişmək məcburiyyətindədi. Yəqin ki, bu oyunu analiz edəcəyik. Baş məşqçimizin də ayrı-ayrılıqda futbolçularla söhbəti olacaq. Qarşıda bir həftə vaxt var. Çatışmazlıqları məşqlərlə aradan qaldırmaq olar. Bir daha meydana bu vəziyyətdə çıxmaq düzgün deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail