"Buna şərh vermək istəmirəm"

11.02.2018 | 3221 dəfə oxunub

"Səbail"in baş məşqçisi Yuri Maksimov Premyer Lianın 15-ci turunun "Keşlə"ylə vdəki oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Rəqibin müdafiəsini yarmaq çətin oldu. Hər iki komanda qələbə qazanmaq istəyirdi. "Səbail"dən başqa oyun sistemi gözləyirdik. 5-li müdafiə ilə oynadılar. Meydanın mərkəzində boşluq var idi. Orta sahədə bir nəfər çatışmırdı. Buraxılan qolda səhvə yol verdik. İkinci hissədə toparlandıq. Dəyişikliklər öz bəhrəsini verdi. Əsas odu ki, oyunçularda oynamaq həvəsi var idi Rəqibin də yaxşı futbolçuları var. Bu matçı təhlil edib, növbəti matçlara daha yaxşı hazırlaşacağıq.

- Bu, rəsmi debütünüz idi. İlk təəssüratlarınız necədi?

- Turnir cədvəlinin aşağı pillələrində olan komandaların belə təmiz mübarizə aparmaları məndə xoş təəccüb yaratdı. Fikrimcə, çox çətin çempionatdı. Futbolçularımın irad kimi başa düşməsini istəmirəm, amma bəzi oyunçular komandaya gec qoşuldular. Bir-birlərini başa düşmələri üçün zamana ehtiyac var.

- Yeni transfer edilən əcnəbi futbolçuların səviyyəsindən razı qaldınız?

- Vaxt azlığı var idi. Bir çox yeni futbolçuların komandaya cəlb edilməsi zamanı “İnstat”dan istifadə edilir. Bəzi yeni futbolçularımızda axtardığımızı tapdıq. Bəzilərinə isə ümid edirik.

- Antalya toplanışını təbii örtükdə keçirdiniz. Amma burda süni örtükdə çıxış edirsiniz. Buna münasibətiniz necədi?

- Bilirəm ki, süni meydança zədəyə meyillidi. Təbii örtükdə məşq edib, süniyə keçmək o qədər də təhlükəli deyil.

- Pablo Padionun yoxluğu nə ilə bağlı idi?

- Onun zədəsi var. Toplanış zamanı ayağından xəsarət almışdı.

- Ancaq əldə etdiyimiz məlumata görə, onun oyunundan razı deyilsiniz...

- Buna şərh vermək istəmirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail