Mirabdulla Abbasov: "Bu qələbənin komandada müəyyən şeyləri dəyişəcəyinə inanıram" - MÜSAHİBƏ

12.02.2018 | 7473 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XV turunun son matçında “Neftçi”nin “Kəpəz”i minimalhesabla məğlub etdiyi oyunun taleyini həll edən yeganə qolun müəllifi Mirabdulla Abbasov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Komandana 3 xalı vurduğun qol qazandırdı. Özünü oyunun qəhrəmanı hesab edirsənmi?

- Qələbə qazandığımıza görə, məmnunuq. Bizim üçün vacib qələbə idi. Bu psixoloji baxımdan böyük əhəmiyyət kəsb edirdi. Çünki təlim-məşq toplanışında keçirdiyimiz oyunlar uğurlu alınmadı. Bu da üzərimizdə təzyiq yaratmışdı. Qələbəni yaxşı oyunla qazandıq. Əlbəttə, bu qələbədə payımın olmasına görə də sevinirəm.

- 80 dəqiqə ehtiyat oyunçular skamyasında oturdunuz, sona yaxın meydana çıxdınız və qol vurdunuz. Halbuki meydana artıq çəkisi olan futbolçu çıxmışdı. Bu cür yanaşma, seçim sizə toxunmur?

- Seçimi baş məşqçi edir. Onun qərarlarına hörmətlə yanaşıram. Etimad göstərilən zaman, meydanda işimi görürəm.

- Təlim-məşq toplanışı zamanı “Neftçi”nin işi yaxşı getmədi. Hətta futbolçulara mətbuatla ünsiyyət qadağan edilmişdi. Bunlar komandanın daxilində hiss olunurdumu?

- Psixoloji baxımdan çox çətin idi. Ancaq yaxşı oyunla qələbə qazanmağımız bizi sevindirdi.

- Özünüzü 90 dəqiqə oynamağa hazır hesab edirsiniz?

- (çiynini çəkir)...

- Necə yəni, özünüzdən xəbəriniz yoxdu?

- Xəbərim var. Əlbəttə, hazır sayıram.

- “Neftçi”yə qarşı təzyiq çox idi?

- “Neftçi”nin üzərində təzyiq hər zaman olub. Bu qələbənin komandada müəyyən şeyləri dəyişəcəyinə inanıram. Uşaqlarda özünəinam artacaq.

- “Sumqayıt”la xal fərqini 2-yə endirdiniz. Növbəti turda isə onlarla qarşılaşacaqsınız. Bundan istifadə etmək mümkün olacaqmı?

- 6 xallıq oyun olacaq. Qələbə qazanmaq və “Sumqayıt”ı turnir cədvəlində keçmək üçün əlimizdən gələni edəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail