“Bəzi amillər var ki, komandaya mənfi təsir göstərir"

12.02.2018 | 3043 dəfə oxunub

"Birinci oyun idi. Ona görə də indidən nəsə demək olmaz. Uduza da bilərdik, uda da bilərdik. Həm rəqibin, həm də bizim imkanlarımız oldu".

Stadium.Az xəbər verir ki, bu sözləri Premyer Liqanın 15-ci turunun “Səbail”lə oyunundan (1:1) sonra jurnalistlərə açıqlamasında “Keşlə”nin kapitanı Kamran Ağayev deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan təcrübəli qolkiper öz oyunundan narazı qaldığını bildirib:

“Öz çıxışımdan narazı qaldım. Kobud səhvə yol verdim. Amma futboldur, hər şey ola bilər. Əsas odur, sonradan toparlana bildik. Gələn oyunlarda yaxşı nəticə qazanmağa çalışacağıq”.

Ağayev “Keşlə”nin hazırkı heyətinin yaxşı nəticələr qazanmağa qadir olduğunu söyləyib: “Hər şey ola bilər. Oyundan əvvəl baş məşqçi öz analizlərinə uyğun heyəti meydana buraxır. Özümüzə inanmasaq, bu işlə niyə məşğul oluruq ki?!

Sonda “İnter Arena”nın bərbad vəziyyətdə olduğunu deyən Kamran bu cür meydançada məşq edərkən belə ehtiyatlı olduqlarını qeyd edib: “Bəzi amillər var ki, komandaya mənfi təsir göstərir. Kənardan bəlkə də yaxşı görünür. Ancaq meydança bərbad gündədir. Futbol oynanılası halda deyil. Eşitdiyimə görə, “Sumqayıt”ın da meydançası belədir. 2 ildir Azərbaycan çempionatında oynamıram. Meydança çox pis haldadır. Düşünün ki, məşqi belə ehtiyatla edirik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail