Beylin buraxlış qiyməti nə qədərdir?

12.02.2018 | 3088 dəfə oxunub

"Real"ın vinqeri Qaret Beylin yayda klubunu dəyişməsi istisna edilmir. Uelsli ulduzun agenti Conatan Barnett isə on transfer etmək istəyən klublara astronomik pullar hazırlamağı tövsiyə edib.

Stadium.Az xəbər verir ki, Barnett "Tuttosport"a açıqlamasında bunları deyib:

"Beylin qiyməti minimum 222 milyon avrodur, Neymar kimi. Qaret "Real"da xoşbəxtdir, bu klubu çox sevir. Beyl Ronaldonun "Real"dan getməsini gözləmir. O, indi də klubun ulduzlarından biridir.

2013-cü ildə İtaliyanın bir klubu da Qareti transfer etmək istəyirdi. Amma "Tottenhem" onların təklifini rədd etdi. Futbolda daimi olan heç nə yoxdur. Hazırda İtaliyada Beyli transfer etməyə qadir olan klub yoxdur".

Bu mövsüm 28 yaşlı futbolçu "Real"ın heyətində 12 oyuna çıxıb və 6 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail