Keyn Cerarda çatıb

14.02.2018 | 582 dəfə oxunub

İngiltərənin “Tottenhem” klubunun hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında ingilis futbolçular arasında bir mövsüm ərzində ən çox top vuran həmyerlisi Stiven Cerrardın rekordunu təkrarlayıb.

Stadium.Az xəbər verir ki, artıq hər iki futbolçunun hesabında 7 qol var. Harri Keyn artıq karyerasını başa vurmuş Cerarda ötən gecə ÇL-in 1/8 final mərhələsi çərçivəsində İtaliyanın “Yuventus” klubu ilə səfər oyununda vurduğu qol sayəsində çatıb.

Cerard isə bu rekorda "Liverpul"un heyətində 2008/09 mövsümündə imza atıb. “Tottenhem”in forvardı İngiltərənin ÇL-dəki ən məhsuldar futbolçusuna çevrilmək şansı da var. O, ən azı “Yuventus”la cavab matçında fərqlənməklə mütləq rekordçuya çevrilə bilər.

İlk oyunda 2:2 hesablı heç-heçəyə razılaşan “Tottenhem”lə “Yuventus” arasındakı cavab qarşılaşması martın 7-də Londonda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər
   
  O Q H M T-f X
1. Qarabağ 27 19 5 3 36:13 62  
2. Qəbələ 27 14 7 6 43:25 49  
3. Neftçi 27 13 4 10 37-27 43  
4. Zirə 27 11 8 8 34-29 41  
5. Sumqayıt 27 11 7 9 33:31 40  
6. Keşlə 27 7 7 13 28:39 28  
7. Səbail 27 6 5 16 19-38 23  
8. Kəpəz 27 3 5 19 17-45 14  
14.02Neftçi ---Qarabağ
14.02Zirə ---Səbail
14.02Sumqayıt ---Kəpəz
13.02Keşlə 1-1Qəbələ
01.04Kəpəz -Zirə
01.04Qarabağ -Keşlə
02.04Qəbələ -Sumqayıt
02.04Neftçi -Səbail