İspaniyada danışılmış oyunda iştirak edən məşçi və futbolçulara həbs cəzası

14.02.2018 | 2164 dəfə oxunub

İspaniyada 2011-ci ildə "Levante" və "Saraqosa" arasıneda baş tutan danışılmış oyunla bağlı araşdırma davam edir. Stadium.Az "Marca"ya istinadən xəbər verir ki, prokurorluq həmin oyunda iştirak edən futbolçulara 2 illik həbs cəzası və futboldan 6 aylıq diskvalifikasiya tələb edir.

Oyunu satmaqda şübhəli bilinən şəxslər arasında Qabi Fernandes (Atletiko), Ander Errera (Mançester Yunayted), Visente İborra (Lester) və Leonardo Ponsio (River Pleyt) var. Danışılmı oyundan sonra onların hesabına 1 milyon avroya qədər pul köçürüldüyü iddia olunur.

İspaniya qanunlarına görə ilk qanun pozuntusuna görə təyin olunan 2 illik həbs cəzası şərti xarakter daşıyır. Bu cəza cərimə ilə əvəzlənə bilər. Ən riskli vəziyyətdə həmin vaxt "Saraqosa"nı çalışdıran Xavyer Aqirredir. Onun adı daha bir danışılmış oyunda hallanır. Məqşçinin hər iki ittihamı təsdiq olunsa, onu real azadlıqdan məhrumetmə cəzası gözləyir.

"Saraqosa" - "Levante" qarşılaşması 2010/11 mövsümünün son turunda baş tutub. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticə qalib komandanın I Divizionda qalmasını təmin edib. İspaniya prokurorluğu iddia edir ki, qələbə qarşılığında "Saraqosa" "Levante"yə 965 min avro ödəyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail