"Marca" "Qarabağ"ın atmacasından yazdı FOTO

16.02.2018 | 2500 dəfə oxunub

"Qarabağ"ın rəsmi sosial şəbəkə hesablarında Ağdam klubunun Çempionlar Liqasındakı keçmiş rəqibləri "Atletiko" və "Kopenhagen"in Avropa Liqasının 1/16 final mərhələsində üz-üzə gəlməsiylə bağlı paylaşımı İspaniya mediasının da diqqətindən yayınmayıb.

 
Stadium.az xəbər verir ki, "El Mundo Deportivo", "Ok Diario", "Marca" kimi ünlü mətbu orqanlar buna xüsusi yer ayırıblar. Pireney ölkəsinin mediasında Ağdam klubunun sosial şəbəkə hesablarındakı paylaşımı "troll", "məzə" kimi qiymətləndirilib.

 "Qarabağ" bu mövsüm Çempionlar Liqasının pley-offunda səfərdə vurulan qolla "Kopenhagen" səddini aşaraq (1:0, 1:2), ölkə futbolu tarixində ilk dəfə qrup mərhələsinə düşdü. Ağdam təmsilçisi qrup mərhələsində "Atletiko" ilə iki heç-heçə edib (0:0, 1:1), komandanın turnirdə 1/8 finala yüksəlməməsinə səbəb olmuşdu. Bu faktlardan istifadə edən "Qarabağ"ın SMM qrupu sosial şəbəkə hesabları vasitəsilə kreçmiş rəqiblərinə ilişmişdi.

 

Onu da əlavə edək ki, dünən gecə keçirilən "Kopenhagen" - "Atletiko" matçı qonaqların 4:1 hesablı qələbəsiylə başa çatıb.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail