"Neftçi"nin yeni prezidenti Ramin Musayevə "barmaq silkələdi"

17.02.2018 | 5059 dəfə oxunub

“Neftçi”nin yeni prezidenti Kamran Quliyev komandanın baş məşqçisi Tərlan Əhmədov barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Qol.az saytında səsləndirdiyi fikirlərə münasibət bildirib.

O, yazılı açıqlamasında Ramin Musayevi uzun illərdir tanıdığını və və ona böyük hörməti olduğunu söyləyib:

“Amma Ramin müəllimin saytınıza məlum açıqlamasına çox təəssüfləndim. Bu, vacib oyundan öncə ölkənin ən köklü və titullu klubuna qarşı açıq-aşkar təzyiqdir. Musayevin baş məşqçimizi “öz üsulları ilə” cəzalandıracağını deməsi “Neftçi” kimi ad-sanlı komandaya, baş məşqçimizə və futbolçularımıza oyunöncəsi psixoloji cəhətdən çox pis təsir edə bilər. İstənilən halda ümidvaram ki, bu gün güclü olan qalib gələcək.

Bir məsələni də xüsusi vurğulayım ki, “Neftçi”yə kənardan heç kim nəinki baş məşqçi, heç sıravi işçi də təyin edə bilməz.  Klubun öz rəhbərliyi var! “Neftçi”nin prezidenti olaraq baş məşqçimizin və futbolçularımızın arxasındayam. Bu komandanın baş məşqçisinə heç kim nəinki cəza, heç tapşırıq da verə bilməz!”

Xatırladaq ki, Musayev açıqlamasında Əhmədovdan incidiyini, onun davranışları ilə özünə ziyan vurduğunu və onu öz üsulları ilə cəzalandıracağını deyib. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail