Tərlan Əhmədov: "Biz xristian deyilik, səhərimizi söyüşlə açaq"

17.02.2018 | 4341 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə  "Sumqayıt"a 2:0 hesabıyla məğlub olan "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin  suallarını cavablandırıb: 

- Oyuna pis başlamamışdıq. İki səhv oyunun taleyini etdi. Mənə dedilər ki, penaltidən söhbət belə gedə bilməz. Bura 3 xal üçün gəlmişdik. Dördüncü yer uğrunda mübarizə davam edirdi. İkinci hissədə yaxşı oynadıq. Məğlub olduq, səbəbkar da mənəm. 

Komandanı oyuna həddindən artıq çox kökləmişdik. Bu da səhvlərə səbəb oldu. Həyatımız davam edir. Qarşıda bizi ağır oyunlar gözləyir. Avroliqa üçün heç nəbitməyib. Mən əminəm və inanıram ki, bu komanda öz sözün deyəcək.

Komandaya gələndə cəmi xal vardı. Qarşıma da heç bir vəzifə qoyulmayıb. İndi də bir oyunla heç nə bitmir. Biz yaxşı oyunlar göstərərək istədiyimiz nəticəni də qazanacağıq. 

- Lukas Qomezi ötən oyunda meydana buraxmışdız və oyununundan razı qaldığınızı bildirmişdiz. Bu oyun isə ehtiyatda qaldı...

- Mirabdulla ötən oyunda meydana çıxdı və qolunu vurdu. Onu meydana buraxmaq mənim borcum idi. Bu haqqı özü qazanmışdı. Bu oyunda da ilk 11-də meydana çıxdı. Ondan gözlədiyimi aldım. Onun potensialı var, amma 90 dəqiqə oynamağa hazır deyil.

- PFL prezidenti Ramin Musayevin sizin haqqınızda dediyi sözlər nə qədər düzgündü? 

- Bu haqda çox söz-söhbətlər oldu. Bir daha bu məsələyə dönmək istəmirəm. Mənim işim meydandadır. Oyunla bağlı nə isdəsəz soruşun. Oyuna 2 gün qalmış mətbuatı oxumuram. Mənim işim komandanı hazırlamaqdır.

- Oyuna 24 saat qalmış komandada prezident dəyişikliyi baş verdi. Hətta oyundan əvvəl buna görə "Sumqayıt"ın sizə sürpriz edəcəyi də bildirilmişdi...

- İlk penalti səhv qərar idi. İkinci qolda da səhv oldu. İki səhvn qurbanı olduq. Sürprizdən söhbət getmir. Komandanın sponsorları və sahibləri var, dəyişikliklər onların işidi. Buna da hörmətlə yanaşırıq.

- Komandaya kimin rəhbərlik etdiyin anlamaq olmur. Ramin Musayev təzyiq edir, SOCAR edir, Elxan Məmmədovun. Maraqlar da bölünür. Etiraf edin ki, maraqların haçalandığı klubda işləmək olmaz...

- Kluba gəldiyim 11 sentyabrdan bu günə qədər mənə tzyiq edən olmayıb. Mən çalışıram ki, komandam daha gözəl futbol oynadı. Mən üzr isdəyirəm, nə Allahın bacısı oğlu deyiləm, nə də sehirli çubuğum yoxdu. 3 aya komandaya nə edə bilərəm? Amma mövsümün sonunda komandanın harada olduğunu hamı görəcək. 

- "Neftçi"nin yeni prezidentinin klubda ilk açıqlaması sizi müdafiə etməklə bağlı oldu. Sizinlə görüş olubmu?

- Kamran müəllimlə ötən gün danışığımız olub. Oturub komandanın strategiyası barədə söhbət etdik. Amma mətbuatda nələrin yazılmasından heç bir xəbərim yoxdu. 

- Daxili vəziyyət necədir?

Məğlub olmağımıza baxmayaraq hər şey yaxşıdır. Sonrakı oyunlara daha yaxşı köklənəcəyik.

- Rəşad Sadiqov qırmızı vərəqə aldı, azarkeşi söydü. Sizdə ona dəstək olaraq bildirirsiz ki, "bizdən nə isdəyirsiz?". Bu da oyunun geidişinə təsir etdi...

- Hər bir azərbaycanlı qarşı tərəfə hörmət etməlidir. Heç kimin heç kimin nəsliylə işi olmamalıdır. Əgər kənardan bir ağsaqqal adam söyürsə, biz azərbaycanlıyıq, buna reaksiya verməmək mümkün deyil. Biz xristian deyilik, səhərimizi söyüşlə açaq. Hər adamın yaxınları var, meydana çıxıb hamı dava etsin? Hər nə olur olsun, Rəşad cavab verməməlidir. Amma buna göz yuma bilmirik. Polis də durub baxır. Heç kimə belə söyüşlər söymək yaraşmır.

- Deyilənə görə Kamran Quliyevlə sizin aranız çox yaxındır. Sizinlə onun söhbətində sizin komandada qalacağınızı bildirdi?

- Bunu zaman göstərəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail