Rəşad Sadiqov: "Ona dedim ki, yaşından utan heç olmasa" - MÜSAHİBƏ

18.02.2018 | 3788 dəfə oxunub

“Suqmayıt”la oyunda qırmızı vərəqə alan və komandasını azlıqda qoyan “Neftçi”nin futbolçusu Rəşad Sadiqov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyun gözlədiyiniz kimi keçmədi...

- Çox çətin alındı. Rəqib ilk dəqiqələrdən pressinq eləməyə başladı. İlk qolda hakimin kobud səhvi var idi. Penalti yanlış qərar idi. Hətta Tural özü də sonradan dedi ki, epizodda qayda pozuntusu olmamışdı. Bundan sonra ruhdan düşdük, 2:0-dan sonra isə dönüş yaratmaq çətin oldu.

- Prezident dəyişkliyi komandada necə qarşılandı?

- Elə də fərq etmədi. Həmişəki kimi hazırlaşdıq. Oyuna çıxdıq və qələbə qazanmaq istəyirdik. Qazana bilmədik, məyus olduq.

- Qırmızı vərəqə haqqında nə deyə bilərsiz?

- Azarkeşlərin bu şəkildə davranması yolverilməzdi. Azərbaycan vətəndaşı bu şeyi eləməməlidi. Çox ağır söyüş söydü, onu heç bir futbolçu götürməz. Cərimə zərbəsi oldu, oyunçumuz getdi üzr istədi, hakim də “sarı” verdi. Daha bunu uzatmaq nəyə lazım idi axı? Normal söz demək olar, amma təhqirin ən pis forması olmasın da. Ona dedim ki, yaşından utan heç olmasa.

- Söyüş söyən azarkeş “Sumqayıt”ın oyunçusu Ehtiram Şahverdiyevin atası idi?

- Bilmirəm kim idi, kimin atası idi. Bunu heç kim deyə bilməz. Hakimə dedim ki, belə söyüş olmaz. Amma o əvəzində mənə “qırmızı” göstərdi. Ona normal cavab verilməli idi, mən cavab verdim.

- “Neftçi” yenə uduzdu. Bu məğlubiyyətdən sonra işlər necə gedəcək?

- Yenə deyəndə, bir az pis çıxır. Ötən oyun qələbə qazanmışdıq. Aqressiya ilə yanaşmayaq. Bizdə hər şey normaldı. Dördüncülük uğrunda mübarizə aparacağıq. “Sumqayıt”la evdə bir oyunumuz var. Aramızda elə də böyük xal fərqi yoxdu.

- İndiki məqamda sizin üçün kubok ən asan yoldu...

- Orda da davam edirik, burda da.

- Növbəti rəqib “Zirə” olacaq...

- Düzdü, mən oynamayacam. Amma onları kubokdan necə kənarlaşdırmışıqsa, elə də qələbə qazanmaq istəyirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail