"Qızıl oğlan"ın doğum günüdür

21.02.2018 | 5805 dəfə oxunub

Bu gün "Qızıl oğlan"ın doğum günüdür. Təbii ki, "Qızıl oğlan" ifadəsi Azərbaycan futbolunda kiməsə şamil olunursa ağıllara Zaur Tağızadədən başqa kim gələ bilər?!

Bu gün məhz Zaurun 39 yaşı tamam olur. O, 1979-cu il fevralın 21-də anadan olub. 40-ın 1 illiyində olan Tağızadə hazırda "Qarabağ"da baş məşqçi Qurban Qurbanovun köməkçilərindən biri olaraq çalışmaqda davam edir.

Zaurun karyerasının ilk dönəmləri elə ilklərlə doludur. 15 yaşında Azərbaycan çempionatında Mingəçevir “Kür-Nur”klubunda debüt edib. Elə bu komandanın heyətində də 1994/95-ci illər mövsümündə qol vurub. 

Image result for zaur tağızadə

Millidə dübütü isə 1997-ci il iyunun 4-də, hələ 18 yaşına təsadüf edir. Zaur müxtəlif illərdə Estoniyanın “Lelle”, "Flora" və İslandiyanın “Akranes” klublarında legioner həyatı da yaşayıb.

O, 1998-ci ildən o zamankı AFFA rəhbərliyinin klubu olan “Şəfa”da oynamağa başlayıb. Bu komandayla yalnız ölkə kubokunu qazanıb.  

Hərbi xidmətini o zaman I divizionda mübarizə aparan OİK-də  (indiki MOİK) keçən Zaur aşağı liqadan milliyə dəvət alan ilk futbolçu kimi də tarixə düşüb.

Daha sonra “Neftçi”yə keçən Zaur 2003/04 mövsümündə bu komandayla qızıl-dubl etdi. Növbəti mövsümdə isə "Xəzər Lənkəran"la "Qızıl oyun"da da komandasına çempionluğu qazandıran əsas fiqur elə "Qızıl Oğlan" idi.

Arzuolunmaz zədələr üzündən 31 yaşında karyerasını bitirən Zaur Tağızadəyə "Neftçi" sahib çıxmadı. Ona qucaq açan keçmiş komanda yoldaşı və baş məşqçisi olan Qurban Qurbanovun çalışdığı "Qarabağ" oldu.

Hazırda da bu komandada işini davam etdirən Zaur futbolçu kimi qazanmadığı, hətta arzu etdiyi bütün uğurları məşqçi olaraq əldə etdi.

Image result for zaur tağızadə

Onun milli komandadakı karyerasını da başarılı hesab etmək olar. Zaur AVRO-2000-in seçmə mərhələsində ardıcıl olaraq Lixtenşteyn və Portuqaliyayla oyunlarda qol vuraraq diqqətləri üzərinə çəkməyi bacarmışdı. Onun Portuqaliya ilə Bakıda keçirilən oyundakı parlaq çıxışı isə hələ uzun zamanlar xatırlanacaq.

Zaur millidə meydana çıxdığı 40 oyunda 6 qol vurub. 

"Qızıl Oğlan", doğum günün mübarək olsun.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail