Ramos La Liqada "rekordçu" oldu

22.02.2018 | 4432 dəfə oxunub

La Liqanın 16-cı turdan təxirə salınmış “Leqanes”lə oyununda sarı vərəqə ilə cəzalandırılan “Real”ın müdafiəçisi Serxio Ramos bununla “rekord”a imza atıb.

Stadium.Az xəbər verir ki, 163 dəfə hakim tərəfindən xəbərdarlıq alan, 19 dəfə isə meydandan qovulan Ramos hər iki göstəricidə La Liqa tarixinin ən öndəgedən oyunçusu olub.

Bundan əlavə, oyunda penalti zərbəsi ilə fərqlənən 31 yaşlı müdafiəçi Primeradakı qollarının sayını 54-ə yüksəldərək ən çox qol vuran müdafiəçilərin siyahısında ikinci pilləyə çıxıb. O, 53 dəfə qol sevinci yaşamış Fernando Hierronu geridə qoymağı bacarıb. Birinci pillədə Ronald Kuman qərarlaşıb.

Primerada ən çox qələbə sevinci yaşamış “Real”lıların sıralamasında isə Ramos ilk 5-liyə daxil olub. O, 263 dəfə 3 xalı bayram edib. Bu sahədə İker Kasilyas (334), Raul (327), Sançis (312) və Fransisko Xonte (283) Serxionu qabaqlayırlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail