Böyükağa Hacıyevin vəziyyəti ağırlaşıb

22.02.2018 | 3344 dəfə oxunub

Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən AFFA-nın Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin vəziyyəti ağırdır.

Stadium.Az xəbər verir ki, bu barədə sözügedən komitənin sədri Vaqif Sadıqov məlumat verib:

“Böyükağa Hacıyev Mərkəzi Kliniki Xəstəxanadan çıxarılandan sonra “Modern”də yatmalı oldu. Lakin palatada qala bilmədi. Yenidən reanimasiyaya yerləşdirildi.

İndi də həkim nəzarətindədir. Ürək və qan dövranını bərpa etmək istəyirlər. Ürək heç olmasa 50 faiz işləməlidir ki, istənilən nəticəni əldə etmək mümkün olsun. Bəzi məqamlarda insanı tanıyır. Lakin təzyiq imkan vermir. Şiş də elə yerdədir ki, bütün orqanlara, xüsusən də ürəyə mənfi təsir edir. Durumu stabil-ağır olaraq qalır. Bu qədər müddətdə reanimasiyada qalması yaxşı əlamət deyil. Yenə də ümidimizi üzmürük”.

Hacıyevin böyük oğlu Yusif də atasının vəziyyətinin ağır olduğunu bildirib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail