Samir Əliyev: "Rahil Məmmədov küçədə qalmışdı..."

24.02.2018 | 4952 dəfə oxunub

"Səbail"in baş məşqçisi Samir Əliyev Premuer Liqanın 17-ci turunda evdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Qəbələ” kimi komandaya qalib gəlmək gözəl hissdir. Qalib gəlsək də, səviyyə fərqi görünürdü. Hələ öz üzərimizdə çox çalışmalıyıq. Qarşıda bizi Gəncədə "Kəpəz”ə qarşı çətin oyun gözləyir. Həmin oyuna ciddi hazırlaşmalıyıq.  

- Komanda qış fasiləsindən sonra ciddi rəqiblərə qarşı yaxşı oyun sərgilədi...

- Biz çalışırıq ki, komanda oyundan-oyuna daha yaxşı çıxış etsin. Futbolçular da bunun üçün çalışırlar. Ola bilsin, bundan sonra "Qəbələ”yə qarşı 5 oyun sərgiləsək, hamısını uduzarıq. "Saraqosa” da "Barselona”nı 5 ildə bir dəfə məğlub edir. Səhvlərimiz var idi. Bunun üzərində çalışacağıq.
 
- Dediniz ki, komandanın səhvləri var idi. "Səbail"in yaxşı səviyyəyə çatması üçün nə qədər vaxt lazımdır?

- Bunun üçün əsas olan əlimdə yaxşı materialın olmasıdır. Elə oyunçu var ki, son oyunlarda eyni səhvləri buraxır. Nə qədər deyirəm, yenə düzəltmir. Bizdə elə oyunçular var ki, məsələn, Fəhmin Muradbəyli "Neftçi”də ehtyatda qalırdı, ancaq bizdə son 3 oyunda 2 qol vurub. Rahil Məmmədov küçədə qalmışdı, ancaq bizdə yaxşı oyun sərgiləyir.

- Bəhs etdiyiniz səhv edən futbolçu növbəti oyunlarda şans qazanacaq?

- Təbii ki, yox. 
 
- Bu, gürcü legioner Nikoloz Apakidzedir?

- Bəli. Meydanda mübarizə aparır, ancaq səhvləri var.

- Kərim Diniyev bu gün niyə oynamırdı?

- Onun zədəsi var, "Kəpəz”lə oyun üçün qoruyuruq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail