Tərlan Əhmədov: "Qələbə gözləyirdim"

24.02.2018 | 3949 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın XVII turunda öz meydanında “Zirə” ilə heç-heçə etdikləri oyundan sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün komandanın oyunundan razı qaldım. Xüsusən də, ikinci hissədə yaxşı çıxış etdik. Bu gün hücum futbolu oynadıq və qolu əks-hücumdan buraxdıq. Qələbə üçün meydana çıxsaq da, heç-heçə etdik. Deyərdim ki, bu gün 2 xal itirdik.

- Nəticə ürəyinizcə olmadı?

- Yox. Açığı, qələbə gözləyirdim. Amma bununla da razılaşmalıyıq.

- “Neftçi” uzun müddətdi “Zirə”yə qalib gələ bilmir. Bunun səbəbi nədi?

- Hər halda, futbolda qələbə daha önəmlidi. Məni sevindirən komandanın oyunu idi. Bu gün daha istəkli idik, futbolçular istədiyim kimi çıxış etdilər. Qələbə daha yaxşı olardı. 1 xal qazandığımıza görə sevinmirəm, qələbə qazanmalı idik.

- Yeni transferlər özlərini doğrutmurlar. Onları yayda göndərmək barədə düşünmürsünüz?

- Nə yatıb, nə yuxu gördülər ki? Onların komandaya uyğunlaşması üçün vaxta ehtiyac var. Zidan da “Real”a keçəndə azarkeşlər tərəfindən sevilmirdi. İndi isə həmin komandanın baş məşqçisidi. Bu gün rəqib bizim qapımıza yaxınlaşmaqda çətinlik çəkirdi. Əgər belə oynamışıqsa, deməli, onlar komandaya uyğunlaşıblar.

- “Zirə”nin əsas üzvləri oynamırdı, amma yenə qalib gələ bilmədiniz. Üstəlik, rəqib də azlıqda qaldı...

- Bəli, hər iki komandanın heyətində itkilər var idi. Ömər Buludov U-21-in düşərgəsində zədə almışdı. Son 3 gündə məcburiyyətdən onu məşqlərə cəlb etdik. Limitə görə məcburən onu meydana buraxmalı olduq. Petrov zədədən sonra istənilən formada deyil. Bu gün risk etdik. Komandanın oyunu göstərdi ki, gələcəyə ümid var.

- Lukas Qomes komandadan ayrılan Daniel Seqoviya və Uqo Barqasdan hansı cəhətlərinə görə fərqlənir ki, onu transfer etmisiniz?

- “Neftçi” Barqas və Seqoviya ilə neçənci pilləni tutmuşdu? Səhv etmirəmsə, yeddinci pillə. Deməli, dəyişikliyə ehtiyac var idi.

- Növbəti matçınızı “Qəbələ”yə qarşı keçirəcəksiniz. Bu gün “Səbail”ə məğlub olan komanda ilə oyun üçün futbolçuları hazırlamaq çətin olmayacaq?

- Biz öz oyunumuza köklənirik. Hər oyunun, hər rəqibin özünə görə hazırlıq planı var. “Qəbələ” ilə matça bütün görüşlərə hazırlaşdığımız kimi, hazırlaşacağıq. Hələ kubok uğrunda oyunlarımız da var. Çoxları mənə deyir ki, bir cəbhədə mübarizə aparın. Amma o fikirlərlə razı deyiləm. Həm kubok, həm 4-cü yer uğrunda mübarizə aparacağıq. Buna görə də “Qəbələ” ilə oyunumuz maraqlı olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail