"Bura xal götürmək üçün gəlmişdik" - MÜSAHİBƏ

24.02.2018 | 3897 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XVII turunda "Neftçi"nin qonağı olan "Zirə" səfər oyunudna heç heçəyə nail oldu. Stadium.Az xəbər verir ki, qonaqların yeganə qolunun müəllifi Comal Evans Uilyams oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- İlk olaraq oyunla bağlı fikirlərinizi bildirərdiniz...

- Hər iki komanda matça yaxşı başladı. Mənim üçün həyəcanlı oyun oldu. Ümumi götürəndə bütün futbolçular matçdan zövq ala bildilər.

- Bu gün Premyer Liqada qol hesabını da açdınız...

- Qollarını sıralamaq hər bir futbolçunun karyerasında arzuladığı bir şeydi. Eyni halı gələcəkdə də təkrarlamağa çalışacam.

- Azərbaycana gəlişiniz necə alınıb və bura ilə bağlı şəxsi hədəfləriniz nələrdi?

- Menecerimin köməkliyi ilə bura gəldim. Təklif olundu və mən də "Zirə"də özümü yaxşı tərəfdən göstərəcəyimi düşündüm. Hazırda da hər şey qaydasındadı. Çalışacam ki, gələcəkdə daha yaxşı çıxış edim.

- Həmyerliniz Şadon Vinçester da "Kəpəz"ə keçib. Onun barədə nə deyə bilərsiniz?

- Eyni ölkənin nümayəndəsiyik, hər ikimiz Trinidad və Tobaqodanıq. Təklifi qəbul edərək, elə Vinçesterlə birlikdə bura yollandım.

- Azərbaycana gəlməzdən əvvəl eşitdiklərinizlə burda gördükləriniz arasında nə kimi fərqlər var?

- Elə böyük bir fərq yoxdu. Gəlməmişdən əvvəl demişdilər ki, olduqca həyəcanlı çempionatdı. Burda gördüklərimə əsasən söyləyə bilərəm ki, dediklərində həqiqət var.

- Şadon Vinçester "Kəpəz"də istədiyi oyunu sərgiləyə bilmir. Ona görə pis olmursunuz?

- Bu, daha çox uyğunlaşma ilə bağlıdı. O, yaxşı futbolçudu. Düşünürəm ki, gələcəkdə onun üçün hər şey daha yaxşı olar.

- İkinci hissənin ortalarından etibarən əsasən müdafiəyəmeylli futbolçular meydana daxil oldu. Məqsəd heç-heçə hesabını qorumaq idi?

- Bəli, bura xal götürmək üçün gəlmişdik. Son sözü məşqçi deyir. Onun da qərarlarına hörmətlə yanaşmaq lazımdı. Əgər belə qərar veribsə, deməli, normaldı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail