"Qarabağ"ın baş məşqçisinin qardaşı həbs edilib

15.03.2018 | 4324 dəfə oxunub

“Qarabağ”ın U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşı Vahib Xudadatov həbs olunub. Stadium.Az xəbər verir ki, o, cinayət məsuliyyətinə cəlb edilib.

Səbəb Xudadatovun vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqədə olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil etməsidi.

Məlumatı əməkdaşımızla söhbətində Elşad Xudadatov da təsdiqləyib. O, qardaşının belə bir əmələ əl atdığına inanmadığını bildirib: “Bəli, Vahib mənim qardaşımdı. Açığı, özüm də bilmirəm ki, niyə həbs olunub. Qardaşımla ayda bir dəfə görüşək, ya görüşməyək. Vahibin bir avtomobili var, taksi sürücüsü idi. Ailəsi yanına gedib. Hazırda harda olduğundan xəbərim yoxdu”.

İnsan orqanlarının alqı-satqı obyekti olmaması barədə Azərbaycan Respublikası qanunlarının tələblərinə zidd olaraq ölkə ərazisində orqan alveri ilə məşğul olan, Azərbaycan vətəndaşlarını asılı vəziyyətə salıb qanunsuz tələblər irəli sürən, insanları orqanlarının transplantasiyasına vadar edən transmilli şəbəkənin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət işi başlanılaraq araşdırmalar aparılır.

DTX-nın İctimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

Vahid Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.

Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail