"Qarabağ" mövqeyini qorudu

16.03.2018 | 4251 dəfə oxunub

Avrokubokların 1/8 final mərhələsinin cavab oyunları başa çatdıqdan sonra klubların UEFA reytinqi açıqlanıb.

Stadium.Az xəbər verir ki, bu mərhələdə əsasən qitənin güclüləri meydana çıxdığından dəyişikliklər də daha çox üst pillələrdə baş verib.

Siyahının ilk “onluğ”unda da yerdəyişməyə təsadüf olunub. “Sevilya” PSJ-ni arxada qoyduğu halda “Arsenal” “Porto”nu “Top-10”dan sıxışdırıb.

 Avropanın 442 komandasının yer aldığı cədvəlin ən yaxşı Azərbaycan klubu “Qarabağ”ın mövqeyi dəyişməz qalıb. Qurban Qurbanovun yetirmələri 5 mövsümün nəticəsində 20,500 xalla 73-cü sıraya şərikdir.

Ağdamlılar bu mövqeni BATE (Belarus) və “Younq Boys”la (İsveçrə) bölüşür. Digər komandalarımızdan “Qəbələ” aktivindəki 5,250 xalla “Voyvodina” ilə 191-ci pilləni bölüşürsə, “Neftçi, “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3,825 xalla 244-256-cı yerlərdədir. Siyahıya 153,000 xala malik “Real” başçılıq edir. 2-ci pillədə olan “Atletiko” liderdən 21 xal geridədir. “Bavariya” və “Barselona” 130,000 xala malikdir.

İlk “onluq”

1. “Real” (İspaniya) – 153,000

2. “Atletiko” (İspaniya) – 131,000

3-4. “Barselona” (İspaniya) – 130,000

“Bavariya” (Almaniya) – 130,000

5. “Yuventus” (İtaliya) – 124,000

6. “Sevilya” (İspaniya) – 112,000

7. PSJ (Fransa) – 109,000

8. “Mançester Siti” (İngiltərə) – 100,000

9. “Borussiya” (Dortmund, Almaniya) – 89,000

10. “Arsenal” (İngiltərə) – 88,000

 

“Qarabağ” və qonşuları

66. “Lester” (İngiltərə) – 22,000

67. “Astana” (Qazaxıstan) – 21,750

68-69. “Feyenoord” (Hollandiya) – 21,500

“Rapid” (Vyana, Avstriya) – 21,500

70-72. “Selta” (İspaniya) - 20,799

“Real Soceidad” (İspaniya) - 20,799

“Betis” (İspaniya) - 20,799

73-75. “Qarabağ” (Azərbaycan) – 20,500

“Younq Boys” (İsveçrə) – 20,500

BATE (Belarus) – 20,500

76. “Trabzonspor” (Türkiyə)– 18,000

77. “Dinamo” (Xorvatiya) – 17,500

78-80. “Partizan” (Serbiya) – 17,000

“Everton” (İngiltərə) – 17,000

“Slovan” (Çexiya) – 17,000

 

Digər Azərbaycan klubları

191. “Qəbələ” – 5,250

244-256. “Neftçi” - 3,825

“Keşlə” - 3,825

“Zirə” - 3,825

“Kəpəz” - 3,825

“Xəzər Lənkəran” - 3,825



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail