Millimizin qapıçısı intihar edib

17.03.2018 | 4435 dəfə oxunub

Şəkidə futbolçu qız intihar edib. Stadium.Az xəbər verir ki, 11-ci sinif şagirdi Firəngiz Əzizova özünü güllələyib.

Martın 16-dan 17-ə keçən gecə rayonun Şorsu kənd sakini, 2001-ci il təvəllüdlü Firəngiz Qalib qızı Əzizova döş qəfəsinin və qarın boşluğunun dəlib-keçən güllə yaraları xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan verilən məlumata görə, müayinə zamanı 17 yaşlı Firəngiz Əzizovanın hələlik bilinməyən səbəbdən yaşadığı ünvanda atasına məxsus ov tüfəngi ilə özünü güllələdiyi məlum olub.

Cərrahiyyə şöbəsinə yerləşdirilən Firəngiz Əzizova əməliyyat olunub, onun vəziyyəti ağır qiymətləndirilir.

O, eyni zamanda Şəkinin qızlardan ibarət “Gənclik” futbol klubunun qapıçısıdır. Əzizova futbol üzrə qızlardan ibarət milli komandaya dəvət alıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail