"Azərbaycanla əməkdaşlıq uğurumuzda böyük rol oynadı"

19.03.2018 | 3422 dəfə oxunub

“Tərəfdaşlarımızla əməkdaşlıq həm bizə, həm də onlara çox şey qazandırıb. Yəqin ki, əksəriyyət bir neçə il əvvəl formamızın üzərində “Land of fire Azerbaijan” yazılı reklamın yerləşdirildiyini hələ də xatırlayır".

Stadium.Az xəbər verir ki, bu sözləri Atletiko” Futbol Akademiyasının rəhbəri Antonio Rivera deyib.

O, İspaniya mətbuatına açıqlamasında  Azərbaycanla əməkdaşlığın kluba uğur gətirdinini bildirib:

"Azərbaycanla əməkdaşlıq uğurumuzda böyük rol oynadı. Bu əməkdaşlıq hər iki tərəf üçün faydalı oldu. Azərbaycanın dünyada tanınması artdı. Ora turist axını oldu ki, “Atletiko”nun bunda köməyi var. İndi sponsorumuz fərqlidir. Ancaq Azərbaycan tərəfi ilə hələ də yaxşı əlaqələrimiz var. Biz bunu yüksək qiymətləndiririk”.

"Atletiko" 2013-cü ilin əvvəlindən 2015-ci ilin iyunun 1-nə qədər oyunlara üzərində "Land of Fire Azerbaijan" (Odlar Yurdu Azərbaycan), qısa bir dövrdə isə “Baku-2015” yazılı formalarla çıxıb. Həmin layihənin müəllifi, "Baghlan Group"un və “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov olub. Lakin H.Məmmədov ciddi maliyyə problemləriylə üzləşdiyi üçün "Atletiko" ilə uğurlu əməkdaşlığı dayandırmaq məcburiyyətində qalıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail