Mourinyo 7-sin göndərib, 4-ün gətirir

20.03.2018 | 3291 dəfə oxunub

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo növbəti mövsümün planlarını cızmağa başlayıb. Stadium.Az xəbər verir ki, Çempionlar Liqasının 1/8 finalında “Sevilya”ya uduzaraq mübarizəni dayandıran mankunianların baş məqçisi yayda heyətdə ciddi dəyişikliklər edəcək.

İngiltərə mətbuatında yer alan məlumata görə, portuqaliyalı mütəxəssis mövsümün sonunda 7 futbolçu ilə yolları ayırmağı planlaşdırır. O, artıq bu barədə rəhbərliyi məlumatlandırıb. Mütəxəssisin “qara siyahı”sına düşən futbolçuların Deyli Blind, Kris Smollinq, Luk Şou, Ander Herrera, Xuan Mata, Maruan Fellaini və Antoni Marsial olduğu deyilir.

Mourinyo bundan əlavə, növbəti mövsümdə sərəncamında görmək istədiyi 4 futbolçunu da klub rəhbərliyinə bildirib. Portuqal mütəxəssis “Tottenhem”dən Denni Rouz, “Şaxtyor”dan Fred, “Çelsi”dən Vilian və “Real”dan Qaret Beyli sərəncamında görmək istəyir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail