Messi: "Hər axşam ayağıma boy hormonu iynəsi vururdum"

20.03.2018 | 4363 dəfə oxunub

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi uşaqlığı və səhhətindəki problemlər barədə danışıb.

Stadium.Az xəbər verir ki, argentinalı hücumçu "Onefootball" nəşrinə açıqlamasında 8 yaşından ona valideynlərinin iynələr vurduqlarını bildirib.

12 yaşında ikən isə Messi bunu özünün sərbəst yerinə yetirdiyini vurğulayıb: "Mən kurs keçmişdim. Hər axşam ayağıma boy hormonu iynəsi vururdum. Əvvəlcə birinə, sonra digərinə. İynə balaca olduğundan, ciddi ağrı hiss etmirdim. Bütün bu proses bezdirici idi. Lakin bunu etməli idim və edirdim".

31 yaşlı hücumçuya uşaqlıqda boy hormonu çatışmazlığı diaqnozu qoyulub. Onunla müqavilə bağlamağı qərara alarkən, "Barselona" müalicə xərclərini də ödəyib. Hazırda məşhur futbolçunun boyu 1,69 metrdir.

Lionel Messi dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top"un 5 qat sahibidir. O, "Barselona"nın heyətində 8 dəfə İspaniya çempionu, 5 dəfə ölkə kubokunun sahibi və 4 dəfə Çempionlar Liqasının qalibi olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail