"Kəpəz"də maaş problemi

21.03.2018 | 5249 dəfə oxunub

"Kəpəz"də maaşla bağlı yubanma var. Amma bu, bütün klublarda rast gəlinən haldır". 

Bu fikirləri "Kəpəz"in mətbuat xidmətini rəhəri Azad Mustafayev bildirib.  Premyer Liqanda cari mövsümün autsayderi olan Gəncə klubu hələ də son pillədən qurtula bilmir. Hərçənd, "Kəpəz" qış fasiləsində transfer bazarında yetərincə fəal idi. Heyətinə xeyli yeni futbolçu cəlb edən gəncəlilərlə bağlı hazırda maaşların yubanması məsələsi müzakirə mövzusuna çevrilib.

A.Mustafayev yalnız fevral ayının maaşlarının qaldığını söyləyib: "Mart hələ başa çatmayıb. Ancaq onu da deyim ki, ay sona çatmamış maaş ödədiyimiz vaxtlar da olub. Məsələn, dekabrda maaşları ayın bitməsinə 5 gün qabaq ödəmişik. Klub rəhbrəliyi fevral maaşının ödənilməsinin həlli istiqamətində işlərini davam etdirir. Yaxın günlərdə maaşlar tam ödəniləcək. Heç bir problem yoxdu. Bu vaxta kimi klubumuz heç kimə borclu qalmayıb. Komanda məşqə çıxır. Futbolçular da vəziyyəti başa düşür. Sıxıntı yoxdur"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail