Albaniya nətbuatı Aqolliyə görə baş məşqçini tənqid etdi

21.03.2018 | 3634 dəfə oxunub

“Qarabağ”ın və Albaniya millisinin üzvü Ansi Aqollinin yığmaya dəvət olunmaması Albaniya mətbuatında etirazla qarşılanıb.

Stadium.Az xəbər verir ki, “Konica” nəşri təcrübəli müdafiəçinin milliyə lazım olduğunu yazıb.

Yazıda yığmanın baş məqşçisi Kristian Panuççinin Aqollini yaş həddinə görə milliyə dəvət etməməsi kəskin tənqid olunub.

Yazıda qeyd olunub:“Panuççini bu qərarı onun təkəbbürlü olmasından irəli gəlir. Hətta məşqçi kimi karyerasında bir çox kuboku qazanmış Fabio Kapello da bu cür təkəbbürlü deyildi. Əlbəttə, məşqçinin belə bir hüququ var, ancaq yaxşı insan və peşəkarlığı ilə seçilən Aqolli daha incə və peşəkar davranışa layiqdir.   

Panuççi Aqollini 36 yaşının olduğuna görə milliyə dəvət etmədiyini bildirib. Ancaq bu faktdır ki, Panuççi özü futbolçu karyerasını 37 yaşında bitirib və ona heç kim mane olmayıb. Futbolçuya yaşına görə yox, oyununa görə qiymət verilməlidir.

Albanlar əcnəbi məşqçinin əlində çarəsiz qalıblar. Mətbuat da Panuççiyə qarşı çox yumşaq davranır. 
Avro-2016-da xəyalımız gerçəkləşdirən qəhramanlarımızdan biri olan Aqollini yenidən millidə görməyi səbirsizliklə gözləyirik”.

2005-ci ildən Albaniya millisində çıxış edən Aqolli 2015-ci ildən komandanın kapitanıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail