Araz Abdullayev: "Başqa şeylər haqda düşünmürəm" - MÜSAHİBƏ

23.03.2018 | 3866 dəfə oxunub

Milli komandamızın üzvü Araz Abdullayev sabah Belarusla keçiriləcək yoldaşlıq oyunu öncəsi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Hazırlıqlarınız necə gedir?

- Qurban müəllimin başçılığı altında taktiki məşqlər edirik. Baş məşqçi komandanı çox yükləmir. Çalışırıq ki, oyuna taktiki cəhətdən hazır olaq.

- Rəqib haqda nə deyə bilərsən?

- Layiqli rəqibdir. Xalqımız üçün gözəl oyun göstərmək istəyirik. Əsas məqsədimiz budur. Bundan sonra yaxşı nəticə haqda düşünürük.

- Kipr mətbuatında yazılıb ki, “Anortosis” səni 150 min avro qarşılığında “Qəbələ” dən birdəfəlik transfer etmək istəyir...

- Açığı, indi millinin düşərgəsində olduğumuz üçün bütün fikrimi qarşıdakı oyunlara vermişəm. Başqa şeylər haqda düşünmürəm. Qarşıda 2 oyun var. Həmin matçlardan sonra bu haqda danışmaq olar.

- Zədədən sonra əvvəlki formanı yığa bildin?

- Əlavə məşqlər edirəm ki, formamı yığım. Qarşıdakı 2 oyunda çalışacam ki, əvvəlki formamı bir az da qaytarım.

- Xaricdə çıxış etmək bir insan və futbolçu kimi sənə nə verib?

- Ölkə xaricində oynayıb, milli komandaya dəvət alanda özünə daha çox güvənirsən. Çalşıram ki, yaxşı oyunla, vurduğum qollarla Azərbaycanı layiqincə təmsil edim. Xalqımı qürurlandırım.

- İndiyə kimi millidə bir neçə mütəxəssislə işləmisən. Onlarla Qurban Qurbanov arasında nə fərq görürsən?

- Qurban müəllim futbolçuları daha sakit başa salır. Hər bir oyunçu ilə fərdi söhbətlər edir. Onunla fərdi danışığımız az olub, ona görə də tanışlığımız azdır. Amma tanıdıqdan sonra Qurban Qurbanova hörmətim daha da artdı.

- Ölkə xaricində qalıb oynamaqla bağlı sənə məsləhət veribmi?

- Yox, belə söhbətimiz olmayıb. Ancaq qarşıdakı oyunla bağlı danışmışıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail