Qurban Qurbanov millidə məğlubiyyətlə başladı

23.03.2018 | 3909 dəfə oxunub

Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib. Stadium.Az xəbər verir ki, komandamız Bakıda Belarus yığmasını qəbul edib.

Qonaqlar görüşdə minimal hesabla qələbə qazanıb. İlk hissənin sonuna 3 dəqiqə qalmış Maksim Medvedevin öz qapımıza vurduğu qol qonaqlara qələbə qazandırıb.

Buna qədər Azərbaycan Belarusla 2 oyun keçirmişdi. 22 il əvvəl, yəni 1996-cı ildə baş tutan ilk duel 2:2 hesabı ilə başa çatıb və komandamızın birinci qolunu məhz Qurban Qurbanov vurmuşdu. 2001-ci ildə isə tərəflər Bolqarıstanda görüşüblər və yığmamız Zaur Tağızadənin qolu sayəsində 1:0 hesablı qələbə qazanmışdı.

Bununla da millimizin yeni baş məşqçisi Qurban Qurbanovun baş məşqçi olaraq seçmə komandada debütü məğlubiyyətlə başlayıb. 


Yoldaşlıq matçı

23 mart

Azərbaycan - Belarus - 0:1

Qol: Maksim Medvedev 42 (avtoqol)

Baş hakim: Andris Treymanis (Latviya)

Bakı Olimpiya Stadionu

Millimiz növbəti yoldaşlıq matçını 4 gün sonra Antalyada Makedoniyaya qarşı keçirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail