"Pis sual deyil, amma açıqlamaq düzgün olmaz"

24.03.2018 | 2996 dəfə oxunub

Milli komandamızın qapıçısı Kamran Ağayev Belarusla oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Matçla bağlı nə deyə bilərsən?

- Hələ oyunu analiz etməmişik. Ona görə nəsə demək düzgün olmaz. Amma meydanda gördüyüm qədərilə düşünmürəm ki, yaxşı oynadıq. Rəqibin elə də güclü hücumları olmadı. Sadəcə ilk hissədə düzgün oynamadıq deyə qol vurdular. İkinci hissədə hücuma çıxanda rəqib əks-hücumda yaxaladı, bir epizodları oldu. Baş məşqçi analiz edəndən sonra fikirlərini bildirəcək.

Oyundan sonra Qurban Qurbanov irad bildirdimi?

- Təbii ki, yaxşı da, pis də oynasaq, uduzmuşuqsa, baş məşqçinin iradı olacaq.

- İlk hissədə bir epizodda sanki yüngül zədələndin...

- Köhnə zədəm idi, bərpa olunub, bu sadəcə oyun anında kiçik bir ağrı idi. Bir anlıq olur, ciddi bir şey yoxdu.

- Qarşıda Makedoniya ilə oyun var. Nəzərə alsaq, onların heyəti də güclüdü...

- Hazırlaşırıq, yoxlama matçı olsa da, çalışacağıq ki, əlimizdən gələni edək ki, qalib gələk. Makedoniya səviyyə baxımından bizdən üstün olsa da, vuruşub qələbə qazanmalıyıq.

- Bir çox məşqçilərlə çalışmısan, Qurban Qurbanovun onlardan hansı fərqli cəhətləri var?

- Bu sualı çox veriblər. Pis sual deyil, amma açıqlamaq düzgün olmaz. Bütün insanlar kimi, məşqçilər də fərqlidilər. Onların tələbləri də müxtəlif olur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail