Cavid İmamverdiyev: "Bu haqda danışmaq fikrim yoxdu"

24.03.2018 | 4228 dəfə oxunub

Milli komandamızın yarımmüdafiəçisi Cavid İmamverdiyev Belarusla matçdan sonra jurnalistlərin suallarını da cavablandırıb.

- Matçın ən yaxşılarından biri kimi nə düşünürsən?

- Yaxşı oynadığımı düşünmürəm, çünki bundan da yaxşısını edə bilərdim. Hətta qol da vura bilərdim. Əlimdən gəldiyi qədər məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdım. Ümid edirəm ki, Qurban müəllimin etimadını doğruldaram.

- İki qol vəziyyətin olsa da, yararlana bilmədin. Nə mane oldu?

- İlk vəziyyətdə zərbəm yaxşı alınsa da, az fərqlə qapıdan aralı keçdi. İkinci epizodda isə qarşımdakı oyunçunu keçib zərbə vurdum. Onda da qapıçı yaxşı oynadı.

- Milliyə böyük ümidlərlə çağrılan Amil Yunanov fasilədə əvəzləndi. Bu, səndə ruh düşkünlüyü yaratmadı?

- O, mənim işim deyil. Bu haqda danışmaq fikrim yoxdu. Amma nəinki Amil, bütün oyunçuların yaxşı çıxış etməyini istəyirəm.

- Aranızdakı anlaşma “Sumqayıt”dakl kimi alınırdımı?

- Bəzən alınırdı, bəzən yox. Klubla milli fərqli sferalardı. Ona görə belə olmağı normaldı.

- Qurban Qurbanov hər iki oyunda sənə şans verib. Hiss edirsənmi, səninlə bağlı gələcək planları necədi?

- Baş məşqçimiz tək mənə yox, hamıya şans verir, imkan yaradır ki, hər kəs özünü göstərsin. Hər kəsə eyni baxır. Biz də çalışırıq ki, bu güvəni doğruldaq.

- Millətlər Liqası haqqında nə düşünürsüz?

- Zəif komanda yoxdu. Həmişə özümüzü rəqibdən zəif bilib ikiqat əzmlə oynamalıyıq ki, nəsə qazana bilək



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail