Tərlan Əhmədov: "Heç bir transferdən xəbərim yoxdur"

20.05.2018 | 3604 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 2017-2018 mövsümünün sonuncu – 28-ci turunun “Kəpəz”lə oyunundan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb:

Bugünkü oyunda 3-cü yeri tutaraq bürünc medalçı olmağımıza görə komandamı təbrik edirəm. Mən "Neftçi"yə baş məşqçi gələndə 1 xalı vardı. Çempionatı 46 xalla bitirdik. Mehriban ailə yaratdıq və bunun bəhrəsini gördük. Bu işdə bizə dəstək olan “Neftçi” ailəsini, fanatları, klubun əvvəlki rəhbərliyini, keçmiş prezident Orxan Hüseynzadəni, sabiq baş məşqçi Elxan Abdullayevi, bütün texniki heyəti, xadimədən tutmuş hamını təbrik edirəm. Bu işdə hamının əməyi vardı. Yaratdığımız mehriban ailənin sayəsində bürünc medal qazandıq. Başda fanatlar olmaqla, hamıya təşəkkür edirəm ki, ilboyu çətin günlərdə də bizə dəstək oldular. Qarşımıza məqsəd qoyulmasa da, avrokuboklara çıxdıq.
 
-  İkinci hissədə meydana çıxan Qatonu əvəzləməyiniz nəylə bağlı idi?

-  Məcburi əvəzləmə oldu. Çünki müdafiəçimiz Kiril Petrov qırmızı vərəqə aldı. Qatonu əvəzlədiyim üçün yanıma çağırıb, bir neçə dəfə üzrxahlıq etdim.

-  “Neftçi”dəki gələcək taleyinizi necə görürsünüz? Yeni müqavilə təklifi olub?

-   Mənə heç bir təklif yoxdu. Mayın 31-də müqaviləm bitir, görək nə olacaq.

- Futbolçulara oruc tutmağa icazə vermişdiniz?

- Hər kəs seçimində azaddır. Heç kimə qarşı da çıxa bilmərəm, nəyisə məcbur da edə.

- Araz Abdullayevin adı “Neftçi” ilə hallanır. Siz də klubun yetirmələrini geri qaytarmaqda maraqlısınız...

- Nəinki Araz, heç bir transferdən xəbərim yoxdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail