Messi 5-ci dəfə “Qızıl buts”a sahib çıxacaq

21.05.2018 | 4983 dəfə oxunub

“Barselona”nın hücumçusu Lionel Messi 2017/2018 mövsümü “Qızıl buts” mükafatının qalibi olub. Stadium.Az saytının məlumatına görə, argentinalı ulduz bu gecə başa çatan La Liqada mövsümü 34 qolla tamamlayıb.

O, bu göstəriciyi 36 matçda nail olub. Bununla da 68 xal toplayan Messi “Liverpul”un misirli forvardı Məhəmməd Salahı geridə qoyub. Salah Premyer Liqada 36 oyunda 32 dəfə rəqib qapıçıları məyus etməyi bacarıb.

Bu, Messinin 5-ci belə uğurudu. Daha əvvəl o, 2010, 2012, 2013 və 2017-ci illərdə də Avropa ölkələrinin çempionatlarında hamıdan çox fərqlənib. Maraqlıdı ki, “Benfika”nın hücumçusu Jonas Messi ilə bərabər sayda – 34 qol vursa da, Portuqaliya çempionatının əmsalı 1.5 olduğu üçün yüksək sıralarda qərarlaşa bilməyib. “Böyük 5-lik” çempionatlarında isə hər qol 2 xalla qiymətləndirilir.

Bombardirlik yarışında 3-cü yeri “Tottenhem”in qol silahı Harri Keyn tutub – 30 qol, 60 xal.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail