"Keşlə" Yuri Maksimovla yeni müqavilə bağlayacaq

21.05.2018 | 3068 dəfə oxunub

Keşlə baş məşqçisi Yuri Maksimovla müqavilənin müddətini uzadacaq. Stadium.Az xəbər verir ki, bu barədə “Report”a paytaxt təmsilçisinin baş direktoru Rəmiş Malıyev məlumat verib. Klub rəsmisi bildirib ki, 50 yaşlı ukraynalı mütəxəssislə daha bir il əməkdaşlıq edilməsi ilə bağlı ilkin razılıq əldə olunub:

“Maksimovun işini qənaətbəxş sayırıq. Baş məşqçimiz özü də Azərbaycandakı fəaliyyətindən razıdır. Onunla müqavilə müddətinin uzadılması ilə bağlı söhbətimiz olub və ilkin razılıq əldə edilib. Maksimovla bir illik sözləşmə imzalanacaq".

Malıyev Keşlə-nin heyətində yer alan futbolçuların əksəriyyətinə də yeni müqavilə təklif edəcəklərini deyib. Klub rəsmisi oyunçularla artıq bununla bağlı söhbət etdiklərini və onların fikirlərini öyrəndiklərini vurğulayıb.

Yuri Maksimov ötən il dekabrın 25-də Keşlə ilə cari mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qol çəkib. Onun rəhbərlik etdiyi kollektiv mayın 28-də Azərbaycan Kubokunun finalında Qəbələ ilə qarşılaşacaq. Paytaxt təmsilçisi Premyer Liqada 6-cı yeri tutub.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail