"Yuventus"un prezidenti Çempionlar Liqasının formatını dəyişdirməyi təklif edir.

24.05.2018 | 2666 dəfə oxunub

Avropa Klublar Assosiasiyası (ECA) və "Yuventus"un prezidenti Andrea Anyelli Çempionlar Liqasının formatını dəyişdirməyi təklif edir.

Stadium.Az xəbər verir ki, Anyelli qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində çıxış edən klubların 8 deyil, 4 qrupda mübarizə aparmasının tərəfdarı olduğunu vurğulayıb. O, dəyişikliyin beynəlxalq oyunların sayının artırılması üçün edilməli olduğunu düşünür:

“Hamımız daha çox beynəlxalq və az sayda daxili oyunların keçirilməsinin tərəfdarıyıq. Bununla yanaşı, matçların ümumi sayının azalması da nəzərə alınmalıdır. Bütün klublar brendlərinin inkişafı üçün daha çox avrokubok oyunu keçirmək istəyir.

Düşünürəm ki, bu, turnirin təbii təkamülüdür. Bu təklifi UEFA, milli assosiasiyalar və klublarla müzakirə etmək istəyirik. Sizi əmin edirəm ki, həmkarlarımın çoxunun məsələyə baxışı eynidir”.

ECA Avropanın 53 milli assosiasiyasından 220 klubu birləşdirən qurumdur. Təşkilatda Azərbaycanı Qarabağ, Qəbələ və Neftçi klubları təmsil edirlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail